SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusa yoluxan müğənni Səyyad Əlizadə ötən gün axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib. Sənətçinin dünyasını dəyişməsi həm sevənlərini, həm də sənət aləmini yasa boğub. Məşhurlar Səyyad Əlizadənin vəfatı ilə bağlı statuslar yazaraq ailəsinə və yaxınlarına başsağlığı veriblər.

BAKU.WS həmin paylaşımları təqdim edir:

Müğənni Nadir Qafarzadə həmkarı Səyyadın fotosunu paylaşaraq onun vəfatı ilə bağlı bunları yazıb:

“Bu gün Səyyad Əlizadəni itirdik. Allah rəhmət etsin. Gözəl insan, bu etibarsız dünyadan canını qurtardın. Ədalətsiz və amansız dünya! Sən nələrə qadirsən! Yerin cənnət olsun qardaşım!”Əməkdar artist Nüşabə Ələsgərli də sənətçinin vəfatı ilə bağlı paylaşım edən məşhurlardandır. O, Səyyad Əlizadənin fotosunu yayımlayaraq “Allah rəhmət etsin!” şərhini yazıb.Müğənni Vasif Məhərrəmli də həmkarı Nadir kimi eyni fotonu yayımlayaraq sənətçi ilə bağlı status yazıb. O, paylaşımında bu sözləri qeyd edib:

“Heyif səndən, gözəl insan, gözəl sənətkar, yerin behişt olsun! İnanın, çox üzüldüm. Bəlkə də, bu dünyada belə gözəl insan yox idi. Allah rəhmət etsin”.Müğənni Roza Zərgərli də Əlizadədən yazıb. İfaçı onun şəklini paylaşaraq “Dəyərli sənətkarımızı itirdik. Allah rəhmət etsin!” sözlərini qeyd edib.

Əməkdar artist Aybəniz Haşımova da ifaçının vəfatı ilə bağlı status yazıb. O, mərhum həmkarının fotosunu yayımlayaraq bunları yazıb:

“Bu da son! Gözəl insan koronavirus qurbanı oldu. Heç bir sözüm qalmadı daha… Heyif Səyyad bəydən… Çox gözəl insan idi. Allah rəhmət etsin!”Əməkdar artist Mətanət İsgəndərli də sosial şəbəkədə paylaşım edib. Sənətçi həmkarı Səyyadın vəfatına görə dərin kədər hissi keçirdiyini bildirib:

“Allahım, necə də acı xəbərdir, necə ağır həyatdır. İncəsənətimiz gözəl sənətkarlarını itirir, dünyamız gözəl insanları yola salır. Allah sənə rəhmət etsin, əziz qardaşım, Allah ailənə səbr versin!”

BAKU.WS