SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Xatun Əliyevadan xəbər var.

BAKU.WS xəbər verir ki, qardaşı stilist Balaşın vəfat etməsilə uzun müddətdir ekranlarda görünməyən ifaçı yenidən səhnəyə qayıdır.

Bu haqda Xatun sosial şəbəkə hesabında məlumat verib. O, yeni fotolarını paylaşaraq bunları əlavə edib:

“Həyat və səhnə arasında elə sıx bağlılıq var ki, hər ikisi imtahanları ilə sınağa çəkər səni.

Yüksələrsən, büdrəyərsən, əziyyət çəkərsən, bəhrəsin görərsən, bir anda itirərsən, çökərsən, amma davam edərsən, davam etməlisən! Yenidən ayağa qalxmaq asan olmadı.

“Onsuz” davam edə bilməsəm də, elə öncə “onun” üçün yenidən dikəlmək və davam etmək qərarımdı.
Əminəm ki, “onun” yoxluğuna, ağrılarına səhnədə və sənətdə sizin sevginiz mənə məlhəm olacaq.

Ona görə də, sizə, səhnəyə geri qayıdıram.

“Onun” üçün, sevənlərim üçün yenidən ayaqdayam. Yenidən sizə qayıtmışam!”.

Qeyd edək ki, sənətçinin qardaşı Balaş bu ilin fevralında uzun sürən xəstəlikdən sonra vəfat edib. Bundan sonra Xatun sənətdən uzaqlaşmışdı.

BAKU.WS
QALEREYA