SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl boşanaraq həyat yollarını ayıran müğənni Özcan Dənizlə keçmiş həyat yoldaşı Feyza Aktan arasındakı qalmaqal səngimək bilmir.

BAKU.WS “CNN Türk”ə istinadən xəbər verir ki, Özcanın Feyza haqqında təhqir dolu açıqlamasından sonra Aktan buna səssiz qalmayıb.

O, müsahibə verərək indiyə qədər Özcandan 1 lirə belə almadığını etiraf edib:

“Ərimdən 1 lirə belə olsun almadım. Adıma da aid heç bir mal-mülk yoxdur. Keçmiş həyat yoldaşım haqqımda təhqiramiz ifadələr işlədib. Məni oğurluqda ittiham edir, içki düşkünü adlandırır, xəstə olduğumu və oğluma baxa bilmədiyimi deyir. Bu günə qədər övladım üçün susdum. Amma haqqımda səsləndirilən fikirlərin heç biri düzgün deyil”.

Qeyd edək ki, cütlüyün Kuzey adında azyaşlı övladı var. Məhkəmə onun Feyzada qalmasına qərar verib. Özcan oğlunu hakimin qərarı ilə təyin edilən müəyyən günlərdə görə bilir.

BAKU.WS