Türkiyəli iş adamları Abşeron Ticarət Mərkəzində: Yeni əməkdaşlıq imkanları müzakirə edildi

26 aprel tarixində OGİD-in (Ordu Gənc İş İnsanları Dərnəyi) təşkilatçılığı ilə Türkiyənin aparıcı iş adamları Abşeron Ticarət Mərkəzində keçirilən işgüzar səfərdə iştirak etdilər. Bu səfər Türkiyə ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq bağlarının iqtisadi platformada öz əksi oldu. Səfər çərçivəsində logistika, tikinti, kənd təsərrüfatı, xidmət sektoru və innovasiya texnologiyaları kimi sahələr üzrə əməkdaşlıq imkanları müzakirə edildi, panel müzakirələr, təqdimatlar və B2B formatında görüşlər keçirildi.
Azərbaycan-Türkiyə iqtisadi münasibətləri fonunda startapların təşviqi və yerli bizneslərin beynəlxalq bazarlara çıxışına dəstək mövzusunda yeni imkanlar araşdırıldı.
Abşeron Ticarət Mərkəzi bu mühüm görüşlər üçün ideal məkan kimi çıxış edərək iştirakçılara rahat müzakirə və şəbəkələşmə imkanı təqdim etdi. Mərkəzin müasir infrastruktur imkanları və biznes yönümlü mühiti bu cür beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün nümunəvi platforma rolunu oynadı.
Gələcəkdə də Abşeron Ticarət Mərkəzi bu tip işgüzar, iqtisadi körpülərin qurulmasında aktiv iştirakçı olmağı qarşısına məqsəd qoyur.
Qalereya
Oxşar xəbərlər
8000 AZN ENDİRİM – Tam Elektrikli Chery EQ7
Chery Azərbaycan öz müştərilərinə xüsusi fürsət təqdim edir. Artıq Chery EQ7 modelini 47,900 AZN əvəzinə, yalnız 39,900 AZN-ə əldə etmək mümkündür. Tam elektrik...
