Rolls-Royce-ın dizayneri Giles Taylorun hazırladığı HongQİ H9 avtomobili Bakıda təqdim olundu
Dünyaca məşhur avtomobil dizayneri Giles Taylor dizayn etdiyi Çinin nömrə 1 avtomobil brendi HongQi H9 modeli Bakıda təqdim olundu.
Aylardır avtomobil həvəskarları tərəfindən böyük həvəslə gözlənilən HongQi markasının H9 modeli 9 iyul tarixində “Cahan Motors”un sərgi satış salonunda debüt etdi.
H9 AVTOMOBİLİ 2 MÜHƏRRİK VARİANTI İLƏ TƏKLİF EDİLİR
Hongqi H9 sedanı 2.0 Turbo V4 və 3.0 Turbo V6 mühərrik variantları ilə 4 komplektasiyada təklif edilir: 2.0T Luxury Edition, 2.0T Exalted Edition, 3.0T Flagship Edition və 3.0T Flagship4 seat Edition.Hongqi H9-un uzunluğu 5 metrdən (5137 mm), ön və arxa asqılar arasında məsafə isə (təkər bazası) 3 metrdən çoxdur.
H9-un 2.0L mühərrik ilə təchiz edilən versiyası 100 kilometrə 7,1 litr, 3.0L mühərriklə təchiz edilən versiyası isə 9 litr yanacaq sərf edir.
Hongqi H9-da 10 ağıllı, 13 təhlükəsizlik sistemi mövcuddur.
Qeyd edək ki, avtomobilin ilkin satış qiyməti 79.900 dollardan başlayır və komplektasiyasına görə dəyişir.
Taylor Giles haqda
Dizayner Taylor Giles 13 il Jaguar-da fəaliyyət göstərdikdən sonra 2012-ci ildə Rolls Royce komandasına qoşulur. O, burada markanın bir neçə modelininin yenilənməsinə əmək sərf edir. Daha sonra HongQi markasına qoşularaq bu əzəmətli modeli hazırlayır.
Avtomobili necə əldə etmək olar?
HongQi H9 avtomobilini Cahan Motors-un Babək prospekti 21/99 ünvanında yerləşən sərgi satış salonundan əldə edə bilərsiniz.
Əlaqə nömrəsi: 055 258 55 45
https://instagram.com/fawazerbaijan?utm_medium=copy_link
Qalereya
Oxşar xəbərlər
Sadəlikdə mükəmməllik “IMPROTEX MOTORS” yeni “ROLLS-ROYCE GHOST”u təqdim etdi
1 fevral tarixində “Improtex Motors” şirkəti “Rolls-Royce Motor Cars Baku” satış-sərgi salonunda yeni "Rolls-Royce Ghost" avtomobilini media nümayəndələrinə fər...