“ROLLS-ROYCE” gənc dizaynerlərin iştirak etdiyi müsabiqənin nəticələrini təqdim edəcək - FOTO
Rolls-Royce Motor Cars, 80-dən çox ölkədən 16 yaşına çatmamış, 4000-dən çox uşaq və yeniyetmənin qatıldığı gənc dizayner müsabiqəsi üçün qısa siyahını dərc etdi.
Müsabiqənin məqsədi gənc istedadları özünütəcrid və sosial məsafə rejimindən yayındıraraq, öz ixtiraçılıq və yaradıcılıq potensialını nümayiş etdirməyə imkan verməkdir. İştirakçılar bütün fantaziyalarını işə salaraq xəyali Rolls-Royce-un futuristik dizaynını yaratmağa dəvət olunurdu.
Dünyanın 81 ölkəsindən ümumilikdə 4049 illüstrasiya təqdim edilib. Əsərlərin əksəriyyəti İngiltərə, Hindistan, ABŞ, Yaponiya və Çindən olan uşaqlar tərəfindən təqdim edilmişdir. Qısa siyahıda göstərilən namizədlərin əsərlərini müsabiqə saytındakı qalereyada onlayn olaraq izləmək olar. Dünya qalibi 30 iyun çərşənbə axşamı günü elan ediləcək.
“Səkkiz həftədən az bir müddətdə 80-dən çox ölkədən 4000-dən çox müraciət aldıq. Gənc iştirakçılar sonsuz fantaziya, yaradıcılıq və istedad nümayiş etdirdilər. Uşaqlardan xəyallarına tam sərbəstlik vermələrini istədik və onlar bunu mükəmməl etdilər, odur ki, buna cavab olaraq əla işlər təqdim etdilər, qısa siyahı və qalib seçilməsini olduqca çətin bir işə çevrildi!”
Oxşar xəbərlər
Karantin dövründə 100-dək sahibkar Unibankda onlayn hesab açıb
“Unibank”ın banka gəlmədən onlayn hesab açmaq xidməti fərdi sahibkarlar tərəfindən çox müsbət qarşılanıb. Xüsusi karantin rejimində biznes sahiblərinə dəstək mə...