“Optimal Elektronika” Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödəniş etdi - MƏBLƏĞ
Prezident cənab İlham Əliyevin Koronavirusla Mübarizəyə qoşulmaq çağırışına “Optimal Elektronika” MMC də qoşuldu.1997-ci ildən etibarən xalqımıza keyfiyyətli xidmət göstərməklə yanaşı, korporativ sosial məsuliyyət çərçivəsində ictimaiyyətə faydalı layihələrin mütəmadi olaraq keçirilməsini təməl prinsiplərindən biri halına gətirmişdir.
“Optimal Elektronika” MMC də korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 50 min manat məbləğində vəsait ayıraraq prezident cənab İlham Əliyevin virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımlarını dəstəkləyir, ölkə başçısının müvafiq sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi istiqamətində apardığı vacib və əhəmiyyətli tədbirləri yüksək qiymətləndirir.
Optimal şirkəti olaraq yeni növ virusun yayılmasının qarşısının alınması məqsədilə bütün mağazalarımızda və servis xidmətimizdə qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Standartlara uyğun şəkildə mağazalarımız, servis xidməti və məhsul anbarlarımız dezinfeksiya olunaraq işçilərin və mağazaya daxil olan müştərilərin virusa yoluxa bilmə riski azaldılmışdır.
Eyni zamanda Optimal baş ofisin əməkdaşlarının evdən işləməsi üçün lazım olan şəraiti yaradaraq virusun yaratdığı çətinliklər səbəbindən işçi sayında və əmək haqlarında heç bir ixtisar edilməyəcəkdir.Qeyd edək ki, ölkə üzrə 80 mağaza olaraq fəaliyyət göstərən Optimal olduğunuz hər yerdə xidmət göstərməkdədir. Həmçinin siz online xidmətdən yararlanaraq da məhsul sifariş edib tam pulsuz şəkildə çatdırılma şərtilə məhsul əldə edəbilərlər.www.optimal.az
Oxşar xəbərlər
“Music Gallery” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı - MƏBLƏĞ
Music Gallery prezident cənab İlham Əliyevin Koronavirusla Mübarizəyə qoşulmaq çağırışına qoşuldu. Music Gallery, 1993-cü ildən etibarən müştərilərinə yüksək ke...