“Music Gallery” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı - MƏBLƏĞ

“Music Gallery” Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı - MƏBLƏĞ
Promo 4

Music Gallery prezident cənab İlham Əliyevin Koronavirusla Mübarizəyə qoşulmaq çağırışına qoşuldu.

Music Gallery, 1993-cü ildən etibarən müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə bərabər korporativ sosial məsuliyyət çərçivəsində xalqımıza faydalı sosial layihələri də həyata keçirməkdədir.

Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 20 min manat məbləğində vəsait ayıraraq, ölkə başçısının virusla mübarizədə atdığı qətiyyətli və effektiv addımlarını dəstəkləyir.

Müştərilərimizin sağlamlığını nəzərə alaraq, standartlara uyğun şəkildə mağazalarımız, servis xidməti və məhsul anbarlarımız dezinfeksiya olunaraq işçilərin və mağazaya daxil olan müştərilərin virusa yoluxabilmə riski azaldılmışdır.

Həmçinin Music Gallery, baş ofisin əməkdaşlarının evdən onlayn rejimdə işləməsi üçün lazım olan şəraiti yaradaraq, virusun yaratdığı çətinliklər səbəbindən işçi sayında və əmək haqlarında heç bir ixtisar edilməyəcəkdir.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən Music Gallery mağazalarımızla yanaşı online xidmətdən yararlanaraq da məhsul sifariş edib tam pulsuz şəkildə çatdırılma şərtilə məhsul əldə edə bilərlər.www.mgstore.az

Son xəbərlər