NBCBank "Banklararası Boulinq Çempionatı 2019" turnirinin qalibi oldu (FOTO)

NBCBank Banklararası Boulinq Çempionatı 2019 turnirinin qalibi oldu (FOTO)
Promo 1063
Azərbaycan Banklar Assosiasiyasının (ABA) Strateji Planında üzv banklarla birgə sosial yönlü layihələrin həyata keçirilməsi hədəf olaraq göstərilmişdir.Bununla əlaqədar 23 fevral 2019-cu il tarixində bu istiqamətdə keçirilən növbəti tədbir "Banklararası Boulinq Çempionatı 2019" turniri idi. Həmin turnir Gənclik Mall” Ticarət və Əyləncə Mərkəzinin 3-cü mərtəbəsində yerləşən “ONTOP” boulinq idman və əyləncə mərkəzində keçirilmişdir. Turnirin məqsədi bank əməkdaşlarının komanda işini asudə vaxtlarında da tətbiq etmək imkanı yaratmaq idi.Turnirin nəticələrinə əsasən, 3-cü yerin qalibi Azərbaycan Beynəlxalq Bankı, 2-ci yer Muğanbank və 1-ci yerin qalibi isə NBCBank oldu. Qalibləri qələbə münasibəti ilə təbrik edirik.BAKU.WS

Oxşar xəbərlər

Mehriban Əliyeva İranda Azərbaycan bayrağının yerini dəyişdirən qıza hədiyyə göndərib - FOTO

Mehriban Əliyeva İranda Azərbaycan bayrağının yerini dəyişdirən qıza hədiyyə göndərib - FOTO

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlını təbrik edib, ona...

8450 Siyasət 17:02 23 fevral 2019

Son xəbərlər