"MOV" tanınmış geyim brendlərini Bakıya gətirdi - FOTOLAR
24
mar
2019
10:27
Avropanın tanınmış brendləri artıq Bakıda. BAKU.WS-in məlumatına görə, Nizami küçəsində (keçmiş "Torqovaya") yeni konseptdə 3 mərtəbəli "MOV" geyim mağazasının açılış baş tutub. “MOV” geyim mağazasında 20 ölkənin qabaqcıl brendlərindən ibarət yeni sezon kolleksiyası yer alır.
Geyim mağazasında "Big Star", "Vigoss", "Buggati", "Perspective", "M&Co" və s. brendlərini özündə birləşdirir. Mağazadan həm klassik, həm də idman üslubunda qadın, kişi geyim və aksesuarları, çanta və ayaqqabılar almaq mümkündür.
20 mart tarixinə təsadüf edən açılış mərasimində Bakı sakinləri, tanınmış simalar, iş adamları, eləcə də media nümayəndələri iştirak edərək həm əyləniblər, həm də zövqlə alış-veriş ediblər. Açılış münasibəti ilə mağazada 70% endirim tətbiq edilməkdədir.
Dəbli və fərqli geyinməyi sevən hər kəs Nizami küçəsi 76 ünvanında (keçmiş “Torqovaya”) yerləşən mağazaya üz tuta bilər. "MOV" - Mən Ona Vuruldum. Siz də ona vurulacaqsınız.BAKU.WS
Oxşar xəbərlər
Tiflisin yeni meri Kaxa Kaladze geyim tərzi ilə hər kəsi təəccübləndirir (FOTO)
Oktyabrın 22-də Gürcüstanın Tiflis şəhərinin meri seçilən keçmiş energetika naziri Kaxa Kaladze gördüyü işlərlə yanaşı geyimi və həyat tərzi ilə də seçilir.BAKU...