Zabit Səmədov və Nigar Camal sərgi açılışında (FOTO)
08
okt
2017
11:08
Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisinin açılış mərasimi olub.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən bu sərgi Bakıda ilk dəfə nümayiş olunur. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksesuar təqdim edilir.Ekspozisiyada, həmçinin kino ulduzları Meri Pikford, Qloriya Svenson, Lesli Karon və Loren Bekol, prima-balerina Maya Plisetskayanın şəxsi qarderobundan geyimlər nümayiş etdirilir. Sərgi indiyədək Sidney, İstanbul, Sankt-Peterburq, Moskva, Riqa və Dauqavpilsdə təqdim olunub. Lakin belə böyük həcmdə ilk dəfə Bakıda sərgilənir.Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 5-dək davam edəcək.Qeyd edək ki, tədbirdə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov və məşhur müğənni Nigar Camal da iştirak edib.BAKU.WS
Oxşar xəbərlər
Mehriban Əliyeva "Modernizm və moda" sərgisində - FOTO
Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisin...