Mehriban Əliyeva "Modernizm və moda" sərgisində - FOTO
06
okt
2017
23:01
Oktyabrın 6-da Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında 1960-cı illərin geyim və bəzək əşyalarından ibarət “Modernizm və moda” sərgisinin açılış mərasimi olub.BAKU.WS xəbər verir ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov mərasimdə çıxış edərək Mərkəzin artıq beynəlxalq sərgilərin keçirildiyi məkana çevrildiyini qeyd edib.Açılış mərasimində çıxış edən Aleksandr Vasilyev Bakıya səfərinin böyük xoşbəxtlik olduğunu vurğulayaraq deyib: “Günəşli gündür, çox gözəl kampaniyadır, dost simalar görürəm. Bütün bunlar uğurdan xəbər verir. Mən, ilk növbədə, Heydər Əliyev Mərkəzinə kolleksiyamı nümayiş etdirməyə imkan yaratdığı üçün təşəkkür edirəm. Bugünkü sərginin mövzusu onunla şərtlənib ki, biz sizinlə nadir memarlıq nümunəsi olan binadayıq. Böyük memar tərəfindən layihələndirilmiş bu bina hələ 2014-cü ildə dünyanın ən gözəl binası kimi qəbul edilib. Bu nadir məkanda olmaq, işləmək, sərgi təqdim etmək bizim üçün şərəfdir.Bu sərginin ekspozisiyası 40 il ərzində toplanıb. Biz müxtəlif ölkələrə, o cümlədən Avstraliyaya, Yaponiyaya, Çinə, Türkiyəyə, Fransaya, İtaliyaya, İsveçrəyə, Litvaya, Latviyaya, Estoniyaya, Rusiyaya, Cənubi Amerika ölkələrinə və digər ölkələrə bu sərgi ilə bağlı səyahət etmişik. Kurator Kirill Qasilin bu sərginin təşkilinə böyük vaxt sərf edib. Mən bu sərginin təşkilinə görə böyük imkan yaradıldığı üçün Heydər Əliyev Fonduna təşəkkür edirəm. Bizim digər sərgilər də təşkil etmək planımız var. Altı aydan sonra sizə daha maraqlı bir sərgi göstərməyi planlaşdırırıq. Bu, hələ ki, sirdir. Çünki siz hələ bu sərgidən zövq alacaqsınız. Sərgidə görəcəkləriniz, ola bilsin ki, sizin gözləntinizi də ötüb keçəcək. Bu, həmin möhtəşəm dövrün ən yaxşı modalarıdır. “Chanel”, “Dior”, “Balmain”, “Yves Saint Laurent”, “Balenciaga”, “Nina Ricci”, “Cardin”, “Couregge”, “Laroche”, “Cassini”, “Valentino” kimi yüksək modanın qəhrəmanlarının müxtəlif, ən yüksək keyfiyyətli modelləri təqdim edilir. Bunlar o dövrün ulduzlarına məxsus idi. Həmçinin sərgidə çoxsaylı aksesuarlar, çantalar, şlyapalar, bijuteriyalar və s. yer alıb. Düşünürəm ki, bunlar sizdə dərin təəssürat oyadacaq”.Aleksandr Vasilyev diqqətə çatdırıb ki, bu, həm də maarifləndirici sərgidir. Bu sərgi Azərbaycanın dizaynerlərini, rəssamlarını, rejissorlarını, aktyorlarını, yazıçılarını, bir sözlə, o illərin ruhuna nüfuz etmək istəyən hər kəsi məlumatlandıracaq. Axı moda həm də tətbiqi sənətin bir hissəsidir. Bu, təkcə kommersiya deyil, həm də yüksək mədəniyyətdir. O deyib: “Bu cür sərgi o şəhərdə olmalıdır ki, həmin yerdə modaya səmimi münasibət bəslənilir. Biz istəyirik ki, Azərbaycanda bu estetika duyumu həmişə ən yüksəkdə olsun və siz böyük mədəniyyətin, böyük estetikanın və böyük gözəlliyin, o cümlədən memarlıq gözəlliyinin, təbiətin gözəlliyinin, mətbəxin gözəlliyinin paytaxtında yaşamağınızla qürur duyasınız. Mən sərginin təşkilində göstərilən dəstəyə görə Azərbaycanın Birinci Vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.Möhtəşəm arxitekturaya, harmonik atmosferə, parlaq yaranma tarixinə sahib olan bina statusunda Heydər Əliyev Mərkəzinə “Stil meyarı” nominasiyasında “Aleksandr Vasilyev zanbaqları” mükafatı təqdim olunub. Aleksandr Vasilyev tərəfindən təqdim edilən mükafat keramikadan hazırlanmış “Zanbaq” əsərindən ibarətdir.Anar Ələkbərov isə Mərkəzin adından qonağa XIX əsrin sonları - XX əsrin əvvəllərinə aid Azərbaycan milli qadın geyimini təqdim edib. Sonra qonaqlar sərginin təqdim edildiyi dördüncü mərtəbəyə qalxıblar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Aleksandr Vasilyev sərginin açılışını bildirən rəmzi lenti kəsiblər. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən bu sərgi Bakıda ilk dəfə nümayiş olunur. Ekspozisiyada Aleksandr Vasilyev Fondunun nadir kolleksiyasından XX əsrin 60-cı illərinə aid 100 geyim nümunəsi və 350 aksesuar təqdim edilir.Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi 2018-ci il aprelin 5-dək davam edəcək.BAKU.WS
Oxşar xəbərlər
Prezidentlə ailəsi Heydər Əliyev Fondonun 13 illiyi mərasimində (FOTO)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli...