Məktəblərə minlərlə Domestos ianəsi! - VİDEO
Domestos-dan məktəblərə gigiyenik dəstək.
Unilever şirkətinin dünyaca məşhur təmizləyici məhsulu Domestos Azərbaycanda "Domestos Məktəb Kampaniyası" adlı qlobal sosial layihə həyata keçir. Layihənin əsas məqsədi Azərbaycandakı orta məktəb tualetlərində gigiyena ilə bağlı məlumatlılığı artırmaqdır.
Bu layihə çərçivəsində Domestos məktəb tualetlərini tamamilə yeniləyir, təhsil müəssisələrinə Domestos məhsulları ianə edilir, şagird və təmizlik işçiləri üçün gigiyena təlimləri keçirilir.
Domestos brendi 2030-cu ilə qədər 50 milyon insanı təhlükəsiz və təmiz tualetlə təmin etməyi öz öhdəsinə götürüb. "Domestos Məktəb Kampaniyası" adlı qlobal sosial davamlılıq layihəsi təhsildə gigiyenanın vacibliyini vurğulayır. Layihə bu günə qədər Vyetnam, Cənubi Afrika, İndoneziya, Türkiyə, Rumıniya, Polşa, İran, Qazaxıstan, Macarıstan, Filippin, Çexiya Respublikası və Slovakiya kimi bir sıra ölkələrdə həyata keçirilmişdir. Domestos-un məqsədi hər bir ölkənin ehtiyaclarına uyğun olaraq davamlı inkişaf proqramı yaratmaqdır.
Domestos Azərbaycanda bu proqramı həyata keçirmək üçün Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edərək 2019-cu ildə" Domestos Məktəb Kampaniyası"na Bakıdakı 149 nömrəli məktəbdə start verdi: məktəbin bütün tualetləri tamamilə təmir edildi. Kampaniya çərçivəsində Bakıdakı digər məktəblərə yüzlərlə litr Domestos məhsulu ianə olundu və bunlarla yanaşı şagird və təmizlik işçiləri üçün məktəbdə gigiyena təlimləri təşkil ediləcək.
Qalereya
Oxşar xəbərlər
Şeş-qoşa atıb, aldığınız məhsulu pulsuz aparın
Pulsuz iPhone, pulsuz Televizor və ya pulsuz mebel sizə qeyri-real gəlir? Artıq XEYR… Ötən illərdə “Şeş-Qoşa” kampaniyası ilə bütün ölkəyə səs salan Kontakt Hom...