"McDonald"s Azərbaycan" Yeni Yasamalda restoran açdı

McDonalds Azərbaycan Yeni Yasamalda restoran açdı
Foto
Promo 52

Yeni il bayramları ərəfəsində "McDonald"s Azərbaycan" paytaxtda 35-ci restoranını açdı.

Şəhərin iri yaşayış rayonlarından biri olan Yasamalın Yeni Yasamal massivində, Arif Mehdiyev küçəsi, giriş 2 ünvanında yerləşən restoran fəaliyyətə başladı.

Açılış mərasimində "McDonald"s Azərbaycan" şirkətinin Müşahidə Şurasının sədri Fərid Əlizadə, şirkətin baş direktoru Oskar Boqopolskiy və sahibkar Zahir Həsənov iştirak ediblər.

Restoranın interyeri "A Touch of Archery" dizayn konsepsiyası əsasında hazırlanıb və rahat, yüngül atmosfer yaradır.

İki mərtəbədən ibarət məkanda birinci mərtəbədə 40, ikinci mərtəbədə isə 120 oturacaq yeri mövcuddur.

Restoranda interaktiv özünəxidmət köşkləri, sifarişlərin masaya çatdırılması xidməti, geniş qəhvə içkiləri və desert seçimi ilə "McCafé", həmçinin "McDelivery" çatdırılma xidməti təqdim olunur. Yeni restoranın açılışı ilə 100 yeni iş yeri yaradılıb.

Azərbaycana investisiya qoyan ilk qlobal brendlərdən biri olan "McDonald"s" artıq 26 ildən çoxdur ki, ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verir, yerli istehsalın həcminin genişlənməsinə dəstək göstərir.

"McDonald"s Azərbaycan" tədarük və logistika, rekrutment, informasiya texnologiyaları, marketinq və digər istiqamətlər daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrindən 100-dən çox yerli podratçı ilə əməkdaşlıq edir.

Oxşar xəbərlər

Son xəbərlər