McDonald's "Açıq Qapı" proqramını rəsmi olaraq təqdim etdi

McDonald's Açıq Qapı proqramını rəsmi olaraq təqdim etdi
Foto
Promo 136

McDonald"s restoranlar şəbəkəsinin Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 1054-cü məhəllə ünvanında yerləşən restoranında "Açıq Qapı" proqramı çərçivəsində media nümayəndələri üçün tanışlıq turu təşkil olunub. Tədbirin məqsədi uzun müddətdir həyata keçirilən "Açıq Qapı" proqramı barədə jurnalistlərə və ictimaiyyətə ətraflı məlumat vermək, eyni zamanda vətəndaşları bu təşəbbüsdə iştirak etməyə dəvət etmək olub.

Qeyd edək ki, "Açıq Qapı" turunda iştirak etmək istəyən şəxslər McDonald's-ın mobil tətbiqi və ya rəsmi internet səhifəsi vasitəsilə müraciət anketini doldura bilərlər. Ətraflı məlumat və qeydiyyat forması rəsmi saytda təqdim olunub: https://mcdonalds.az/open-doors. Qeydiyyat zamanı iştirakçılar uyğun restoran və ekskursiya tarixini seçməlidirlər. Ekskursiya günü isə restorana ən azı 15 dəqiqə əvvəl gələrək növbə menecerinə müraciət etməlidirlər.

Mediaturda "McDonald"s Azərbaycan" şirkətinin Təchizat və Keyfiyyətə Nəzarət üzrə direktoru Anar Osmanov iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.

Restoranda qida hazırlanması prosesi beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirilir. Məhsulların qəbulu mərhələsindən başlayaraq saxlanma, emal və təqdimata qədər bütün proseslər daxili nəzarət mexanizmləri ilə tənzimlənir. Xammalın temperatur rejimi və gigiyena qaydalarına riayət olunması mütəmadi olaraq yoxlanılır. Əməkdaşlar qida təhlükəsizliyi üzrə müvafiq təlimlərdən keçirlər. Mətbəx avadanlıqları mütəmadi olaraq təmizlənir və sanitariya qaydalarına uyğun şəkildə yuyulur.

Şirkətin yerli halal sertifikatlaşdırılmış mal əti məhsullarından istifadə etdiyi bildirilib. Məhsullar temperatur rejiminə uyğun şəkildə saxlanılır: ət və digər məhsullar -18 dərəcə temperaturda qorunur, dondurucular və soyuducular isə mərkəzləşdirilmiş sistem vasitəsilə idarə olunur.

Qızartma üçün istifadə olunan, İspaniya istehsalı olan yağların yüksək temperatura davamlı olduğu və xüsusi cihazlarla mütəmadi yoxlanıldığı diqqətə çatdırılıb. Souslar həm yerli, həm də Almaniya istehsalı olan etibarlı tədarükçülərdən təmin edilir. Restoranda hazır siroplardan istifadə edilərək hər müştəri üçün qazlı içkilər yerində hazırlanır; içkilər xüsusi aparat vasitəsilə sirop və qazlı su qarışdırılaraq təqdim olunur.

Şirkət təmsilçiləri bildiriblər ki, "Açıq Qapı" proqramı çərçivəsində hər kəs mətbəxlə yaxından tanış ola, sevimli yeməklərin hazırlanma prosesini və tətbiq olunan təhlükəsizlik standartlarını öz gözləri ilə görə bilər. Proqram Azərbaycan dilində keçirilir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. İştirak etmək istəyən şəxslər McDonald's-ın mobil tətbiqi və ya rəsmi vebsaytı vasitəsilə müraciət anketini doldurmalı, ekskursiyadan öncə "Mətbəx ziyarətçisinin sağlamlıq bəyannaməsi" ilə tanış olub onu imzalamalıdırlar.

Qeyd olunub ki, proqramın əsas məqsədi McDonald's-ın fəaliyyət prinsipləri, qida hazırlanması mərhələləri və tətbiq olunan nəzarət mexanizmləri barədə ictimaiyyətə birbaşa və açıq məlumat verməkdir. Təşəbbüs istehsal prosesinin real şəraitdə nümayiş etdirilməsi, qida təhlükəsizliyi standartlarının praktik tətbiqinin göstərilməsi və istehlakçı etimadının möhkəmləndirilməsi məqsədi daşıyır. Bu format həm şəffaflıq siyasətinin bir hissəsi olmaqla yanaşı, həm də cəmiyyətlə açıq dialoqu gücləndirir və vətəndaşların prosesləri yerində izləməsinə imkan yaradır.

Son xəbərlər