Huawei Mate 20 Pro-dan çox mürəkkəb təhlükəsizlik tədbirləri - FOTO

Huawei Mate 20 Pro-dan çox mürəkkəb təhlükəsizlik tədbirləri - FOTO
Promo 2
Huawei şirkəti özünün yeni flaqman modelində mürəkkəb təhlükəsizlik sistemləri quraşdırıb.Belə ki, şirkət tərəfindən 3D Üz Tanıma həlli “Huawei Mate 20 Pro”ya əlavə edilib. Min proyeksiyalı infraqırmızı nöqtələrlə istifadəçinin üzünü xəritələndirən bu həll vasitəsi ilə telefon tam informasiya əsasında istifadəçinin üzünü dəqiqliklə oxuya bilir.Digər rəqib telefonlarla müqayisədə, 3D Üz Tanıma ilə telefonu açmaq funksiyasının infraqırmızı spektrdə, görüntü sahəsində, istifadə rahatlığında və üz tanıma sürətində üstünlükləri vardır. Xəta həddi milyonda birdən aşağı olmaqla istifadəçini 600ms ərzində tanıyır.
Telefonu açmaq və ödəniş funksionallıqlarından əlavə, istifadəçinin məxfiliyini daha yaxşı qorumaq üçün də üz tanıma texnologiyasından istifadə edilə bilər. Yeni təhlükəsizlik funksionallığı "PrivateSpace", "App Lock", "File Safe" və "PrivateScreen"-i dəstəkləyir.İstifadəçilər telefonun sağ ekranını özləri üçün şəxsi ekran edə ("PrivateScreen"), öz şəxsi proqramlarını həmin ekranda gizlədə bilər. Yalnız biometrik məlumatları uyğun gələn istifadəçilər həmin ekranı aça bilər.Təkmilləşdirilmiş ekrandaxili barmaq izi sensoruHuawei şirkəti barmaq izi sensorunu tətbiq edən ilk smartfon istehsalçılarından biri olub. Həmçinin barmaq izi sensorlarını Android ekosisteminə gətirən ilk istehsalçıdır. Hazırda çoxsaylı istifadəçinin barmaq izi sensorlarına vərdiş etdiyini nəzərə alsaq, "Huawei"in bu sensoru öz cihazlarına birbaşa inteqrasiya etmək istəyi sadəcə təbiidir.Huawei daha məqsədəuyğun sürət və uğurlu iş əmsalını əldə etmək üçün özünün ekrandaxili barmaq izi sensoru dizaynını təkmilləşdirib. Bu telefon sensor üzərində barmaq hərəkətini aşkarladığı zaman ekrana xəbərdarlıq çıxarır. Təsdiq prosesi yerinə yetirildikdən sonra arxa fonda diqqəti yayındırmayan bir xəbərdarlıq avtomatik surətdə itir.
Mikrosxem səviyyəsində təhlükəsizlik funksionallığı vasitəsi ilə məlumatlar sürətlə bərpa edilirBildiyimiz kimi, telefonunu itirmək xüsusilə də işgüzar insanlar üçün çətinlik yarada bilər. Telefonun itməsi onlar üçün adətən ikinci problemə çevrilir - ən vacib məsələ isə telefonda olan məlumatlardır. Huawei Mate 20 ilə istifadəçilər öz məlumatlarını üç üsulla arxivləşdirə bilər: "Huawei Cloud" vasitəsi ilə; kabel vasitəsi ilə lokal saxlayıcıda, yaxud simsiz bağlantı ilə lokal saxlayıcıda. Bu telefonlarda həmçinin 64GB, 128GB və 256GB yaddaş kartlarına uyğun olan Nano SD bölməsi də vardır.Digər təhlükəsizlik funksionallığı olan "Password Keychain" isə istifadəçilərə imkan verir ki, mikrosxem sistemində şifrələnmiş inSE mikrosxemindəki parol parametrlərini təhlükəsiz şəkildə saxlasın. Bu parametrlər üz tanıma funksiyasiyası vasitəsi ilə istifadəçi tərəfindən məlumatların avtomatik doldurulması üçün istifadə edilə bilər.Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:https://www.facebook.com/HuaweimobileAZ/https://www.instagram.com/huaweimobileaz/https://www.instagram.com/huaweimobileaz/

Son xəbərlər