"Bakubus"ın ilk qadın sürücüləri sükan arxasında!
Yeniliklərdən dərhal xəbərdar olun
İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə həyata keçirilən təlim proqramını uğurla tamamlayan xanım sürücülər artıq "BakuBus" MMC-də rəsmi fəaliyyət göstərirlər.
Hazırda qadın sürücülər 141E və 121E nömrəli ekspres marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərirlər. Onların gündəlik fəaliyyətinə "BakuBus" MMC tərəfindən təyin edilmiş təcrübəli mentor-sürücülər tərəfindən peşəkar dəstək təmin edilir.
"BakuBus" MMC ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnunluğunun artırılmasını əsas prioritet kimi müəyyən edir. Qadın sürücülərin işə cəlb edilməsi ilk növbədə sürücü peşəsinə artan tələbatın qarşılanmasına mühüm dəstək verəcək, eyni zamanda fəaliyyətin əsas prioritetlərindən olan xidmət keyfiyyətinin yüksəldilməsinə də müsbət təsir göstəcək.
İlk fəaliyyət günlərindən etibarən xanım sürücülər peşəkar davranış, yol hərəkəti qaydalarına yüksək riayət və sərnişinlərlə mədəni ünsiyyət nümayiş etdirirlər. Bu amillər ictimai nəqliyyatda xidmət səviyyəsinin daha da yüksəlməsinə töhfə verir.
Oxşar xəbərlər
Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi
"Baku Steel Company" QSC 21–23 oktyabr 2026-cı il tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş "Türkmənistanın Neft və Qazı" (OGT 2026) 31-ci Beynə...