Azercell müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Azercell yeni nəsil rəqəmsal imza texnologiyası olan "SİMA İmza"-nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir. Bu çərçivədə Müştəri Xidmətləri mərkəzlərində və satış məntəqələrində yeni nömrələrin aktivləşdirilməsi zamanı müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək. Müştərilər isə sənədləri "SİMA İmza" tətbiqi vasitəsilə asan və etibarlı şəkildə imzalaya biləcəklər.
Bu innovativ yanaşma xidmət zamanını qısaltmaqla yanaşı, müştəri təcrübəsinin təkmilləşdirilməsinə, eləcə də kağız sərfiyyatının azaldılması ilə ətraf mühitin mühafizəsinə töhfə verəcək.
Qeyd edək ki, hazırda abunəçilərə həm kağız, həm də rəqəmsal imza alternativləri təqdim olunur. Lakin yaxın zamanda imzalama prosesinin tam rəqəmsal formata keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi
"Baku Steel Company" QSC 21–23 oktyabr 2026-cı il tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş "Türkmənistanın Neft və Qazı" (OGT 2026) 31-ci Beynə...