Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Milli və müasir ətirləri ilə diqqətçəkən Mugham Parfume Evi yeni növ məhsulunu - ətirli şam kolleksiyasını təqdim edib.
Fransanın Gras şəhərində eyniylə parfümlərdə olduğu kimi Humayun, Segah, Chahargah, Shur, Bayatı-Shiraz, Shushtar, Rast və Karabakh Bouquet - 1752 adlı şamlar hazırlanıb.
Şamların hər biri, çəkisi 180 qram olmaqla, brendin loqosu olan nəfis karton qablaşdırmadadır. Seçilən fransız sənətkarları tərəfindən yaradılan şamlar ən yüksək standartlara cavab verən sertifikatlaşdırılmış lüks üzvi maddələrdən ibarətdir. Ən önəmlisi isə Qarabağın özünəməxsus çiçək notları - ağac, müşk, vanil və digər şərq inqrediyentlərinin ahəngindən hazırlanıb. Ətirli şamlar 50 saata qədər yanaraq xoş atmosfer yaradır.
Oxşar xəbərlər
"Karabakh Bouquet" ətri Venesiya muzeyinə qoyuldu FOTO/VİDEO
Dünyada tanınan ilk Azərbaycan ətir brendi “Mugham”ın “Karabakh Bouquet - 1752” parfümü “Palazzo Mocenigo Ətirlər Muzeyi” kolleksiyasına əlavə olunub. Şuşanın 2...