"Karabakh Bouquet" ətri Venesiya muzeyinə qoyuldu FOTO/VİDEO

Karabakh Bouquet ətri Venesiya muzeyinə qoyuldu FOTO/VİDEO
Foto Video
Promo 9

Dünyada tanınan ilk Azərbaycan ətir brendi “Mugham”ın “Karabakh Bouquet - 1752” parfümü “Palazzo Mocenigo Ətirlər Muzeyi” kolleksiyasına əlavə olunub.

Şuşanın 270 illiyinə həsr olunan “Karabakh Bouquet – 1752” ətri çox bəyənildiyi üçün hələ 2022-ci ilin sonunda Beynəlxalq Venesiya Karnavalı Assosiasiyasının Prezidenti tərəfindən “2023 Venesiya Karnavalı”nın rəsmi proqramına dəvət olunub.

Bununla əlaqədar Bakıda təşkil olunan mətbuat konfransında isə Venesiya Karnavalının Art Direktoru Prince Maurice Agosti “Mugham”a fəxri sertifikat təqdim edib.

“Mugham” 7 illik fəaliyyəti ərzində müxtəlif beynəlxalq parfümeriya tədbirlərində iştirak edərək, BƏƏ, Fransa, İtaliya və digər ölkələrdə Azərbaycanı təmsil edib.

“Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq satışa çıxarılır. Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ətri ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan çeşidləri də var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər