Bahar "Mugham Parfum"la gözəldir - VİDEO

Bahar Mugham Parfumla gözəldir - VİDEO
Video
Promo 13

"Mugham" parfüm "Karabakh Bouquet-1752" üçün çəkilən növbəti video-çarxı təqdim edib.

2022-ci il "Şuşa ili" çərçivəsində satışa çıxarılan "Karabakh Bouquet - 1752" (red. Şuşanın təməli qoyulduğu il - 1752) ətrinin qablaşdırılması Şuşanın simvolu olan “Gövhər Ağa” məscidinin memarlıq üslubundan, minarələrin üzərindəki naxışlardan ilhamlanaraq dizayn olunub.

Şərq üslubunda, çiçək qoxulu “Karabakh Bouquet - 1752” parfümü Qarabağ regionuna xas gülləri xatırladır. Ətrin tərkibindəki qafqaz xədicəgülü, qazsoğanı, fişer güləvəri çiçəkləri və ən əsası xarıbülbül azərbaycanlıların doğma yurdlarına dönməsinin ən xoş qoxulu təzahürüdür.

"Mugham" parfüm ailəsi Azərbaycan xalqını bahar tətili günlərində xoş ətirli yaz abu-havasını hiss etmək üçün mağazalarına dəvət edir.

Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır. Fransada istehsal edilən parfüm muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyır. “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər