Mugham Parfum ilə addımladıqca ətrafa ecazkar ətrini bəxş et - VİDEO

Mugham Parfum ilə addımladıqca ətrafa ecazkar ətrini bəxş et - VİDEO
Video
Promo 21

Fransada istehsal edilən Azərbaycanın milli parfümü “Mugham” növbəti video çarxını təqdim edib.

Məlumata görə, ekran işi 7 muğamdan biri - "Shur" adını daşıyan ətir haqqında çəkilib.

"Addımladıqca ətrafa ecazkar ətrini bəxş edən və sizi öz izilə aparan möcüzədir "Shur". Berqamot, qızılgül, zəfəran, şokolad, qreypfrut, kəhrəba notları onu daha da sirli və füsunkar edir".

Qeyd edək ki, "Mugham"ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var. Muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan bənzərsiz ətir kolleksiyası özünəməxsus qoxusu ilə qardaş ölkənin vətəndaşlarını da məmnun etməkdədir.

Xatırladaq ki, nadir, yüksək keyfiyyətli xammaldan hazırlanan və məhdud sayda satışa çıxarılan “Mugham” ətirlərinin ilk kolleksiyasının hazırlanması 5 il davam edib. Dizayn və qablaşdırma İngiltərədə, ətir isə Fransada istehsal edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər