SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur “Black Star Burger” restoranlar şəbəkəsi Bakıda – “28 Mall” Ticarət Mərkəzində növbəti filialını açır.

Paytaxtımızda sayca artıq ikinci olan filialın açılışı bazar günü – 1 dekabr saat 13.00-da reallaşacaq.

Təntənəli açılışda “Black Star Burger” sevərləri bir sıra sürprizlər gözləyir. Açılışda populyar DJ-lərin təqdimatında şou-proqram, yarışmalar, hədiyyələr olacaq. Ən başlıcası isə açılışa gələnlərə çoxsaylı burgerlər paylanacaq.

Qeyd edək ki, “Black Star Burger”in digər filialı paytaxtın Bülbül prospekti 21-də (Nizami kinoteatrı ilə üzbəüz) fəaliyyət göstərir.

BAKU.WS
VİDEO

QALEREYA