Hər ölkədə sərmayənin güclənməsi kapitalın milliləşməsinə bağlıdır. Sərmayənin milliləşməsi geniş, konseptual mövzu olub bu yöndə islahatlar aparılması şərtdir.

Bu sözləri BAKU.WS-a açıqlamasında işadamı Elvin Abbasov qeyd edib.

Sərmayənin milliləşməsiylə bağlı 2015-ci ildən bəri aralıqlarla açıqlama verən Abbasov deyib:

“Sərmayənin milliləşməsi üçün sərmayəyə dair milli məsuliyyətlilik hissini artırmaq lazımdır. İqdisadi sabitlik ancaq bu yolla qoruna bilər. Bunun üçün istehlakçı iqtisadiyyatı yox, istehsalçı iqtisadiyyatının mexanizimi sistemləşdirilməlidir. Təkmilləşmənin ən fundamental amili intellektual sərmayənin güclənməsidir. Yəni insan kapitalıdır. Təbii ki, sərmayənin milliləşməsi bir təfəkkür işidir. Məsalən: ölkədə start verilən yeni layihələrin icrası sırasında bəzi hallarda əsasən xarici təşkilatların və şirkətlərin bilik və təcrübəsinə müraciət edilir. Bu istiqamətdə böyük hesablı xərcləmələr aparılır. Digər tərəfdən, bu prosesdə yerli şirkətlərin iştrakı məhdudlaşdırılır və ya işçilik statusundan irəli getmir.”

Bunun, öz-özlüyündə sərmayənin milliləşməsinə zidd bir proses olduğunu qeyd edən Abbasov, “Halbuki, yerli şirkətlərin təcrübəsinin artırılmasına və mütəxəsislərin inkişafına dəstək baxımından dövlət əhəmiyyətli layihələrdə xarici şirkətlər ilə yerli şirkətlər arasında bilik və təcrübə münasibətlərinin ötürülməsi mexanizması yaradılmalıdır. Bunu təyin edən ana prinsiplərdən biri də hər bir layihənin yerli şirkətlərlə birlikdə aparılması, hətta xarici şirkətlərə yerli şirkətlərin baş iştrakcisi olma şərtinin tanınmasıdır. Bu mexanizm yerli şirkətlərin təcrübəsinin artmasında və mütəxəsislərin yetişməsində mühüm rol oynayacakdır. Bu səbəbdən ölkəmizdə dövlət sektorunda və sahibkarlıq fəalliyyətlərində azad fikirli insanlar intellektual yeniliyi dəstəkləməli, iqtisadi strategiyasını müasir dünyanın tələblərinə uyğun və milli şüurla təkminləşdirməlidir.

Sərmayənin milliləşmə strategiyası:

· Öz əmək və istehsalatımızın gücü ilə bütün istiqamətlərdə məhsuldarlığının və eyni zamanda keyfiyyətinin artırılması müstəqil iqdisadiyyat üçün ən böyük amil və milli iqdisadiyyat modelidir.

· Bu Milli inkişaf mexanizimi müstəmləkəçi ölkələrə qarşı iqtisadi müharibədə müdafiə qalxanı yaradır.

· Beynalxaq təcrübədən yararlanmaq və bu təcrübənin mənimsəmə prosesi icra edilən layihələrdə yerli şirkətlərin və mütəxəsislərin iştirakı mütləq şərt olmalıdır. Eyni istiqamət üzrə növbəti layihə yerli şirkətlərə verilərək yerli mütəxəssislərin bilik və təcrübəsinin təkminləşmə mexanizmi yaradılmış olacaqdır.

Şirkətlərimizin spesifik sahələrinə foxlanıb bilik və əmək qabiliyyətini gücləndirib dünya rəqabətciliyinə qoşulma vaxtı catıb, hətta buna gecikmişik. Əsas hədəf daxili bazar yox, xarici bazar olmalıdır. Şirkətlərimizin brendləşib xarici bazarda rəqabət prosesinə qoşulması ilə sərmayənin xaricə axınının qarşısını alıb, tam əks prosesə başlamalıyıq dedi.

BAKU.WS