Çimərliyə gedənlərə XƏBƏRDARLIQ - Yeni TƏHLÜKƏ ÜZƏ ÇIXDI...

Xəzər dənizində suyun səviyyəsinin azalması təkcə ekoloji deyil, eyni zamanda çimərlik istirahətinə də ciddi təsirlər göstərir.
Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi şöbəsinin müdiri, professor Əmir Əliyev xəbərdarlıq edir ki, bu proses çimərlik sahələrində sürüşmə və lillənmə kimi təhlükəli hallar yaradır.
Professorun BAKU.WS-ə açıqlamasına görə, Xəzərin bir sıra ərazilərində su 100-200 metr geri çəkilib. Nəticədə yeni çimərlik sahələri meydana gəlsə də, bu sahələr hər kəs üçün təhlükəsiz deyil:
"Çimərliyə girəndə ehtiyyatlı olmaq lazımdır. Ona görə ki, burada sürüşmə ola bilər. Üzə bilməyənlər dənizin dibinə ayağını qoyanda sürüşə bilərlər".
Əmir Əliyev bildirir ki, lil çimərliyin girəcəyindədir.
"Əvvəlki illərdə suyun səviyyəsi yüksək olanda və dənizdən əsən küləklər aktivlik göstərdikdə, sahil zonasında lillənmə halları xeyli az olurdu. Lakin son illərdə müşahidə olunan səviyyə azalması ilə sahildə çöküntü və lil təbəqələri yaranır", - deyə ekspert vurğulayıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Sosial yardım məbləğində artımlar olacaq? - Deputatdan AÇIQLAMA
"Azərbaycan Prezidenti "Yaşayış minimumu haqqında" Qanunda dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosia...