Azərbaycan son 40 gündə beynəlxalq təşkilatlarda namizəd olduğu seçkilərdə qələbə qazanıb

Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana artan etimadın bariz göstəricisidir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatı təqdim edirik:
BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)
BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)
UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə)
BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə)
BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi
Oxşar xəbərlər
Rusiya hakimiyyəti mətbuatı təxribatlar təşkil etmək üçün istifadə edib - RƏY
Rusiya hakimiyyəti mətbuatı, telekanalları, qəzetləri, indi isə informasiya və rəqəmsal resurslarını daim müəyyən mənada təxribatlar təşkil etmək üçün istifadə...