Bakıda BMW yanıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, N.Tusi küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "BMW" markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Tanınmış həkim dünyasını dəyişdi
Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə Ağciyər Xəst...