Bakıda sürücülərin çətinlik yaşadıqları dairə ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda sürücülərin çətinlik yaşadıqları dairə ilə bağlı RƏSMİ AÇIQLAMA
Açıqlama Video
Hadisə 340

Bakının Xətai rayonu ərazisində sürücləri narahat edən yolda yol nişanlarının mövcudluğu müəyyən edilib. 

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) mətbuat xidmətindən bildirilib.

"Sözügedən yolayrıcı ilə bağlı mütəxəssislərimiz tərəfindən təhlillər aparılıb. Təhlillər nəticəsində həmin ərazidə üstünlük yol nişanlarının mövcud olduğu müəyyən edilib. Sürücülərdən yol nişanlarının tələblərinə uyğun hərəkət etmələri xahiş olunur", - deyə açıqlamada qeyd olunub.

***11:03

Bakının Xətai rayonu ərazisində, Neftçilər metrosunun yaxınlığında yerləşən Rüstəm Rüstəmov və Məhsəti Gəncəvi küçələrinin kəsişməsindəki dairə sakinlərin və sürücülərin narahatlığına səbəb olur.

Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, sözügedən dairədə demək olar ki, hər gün bir neçə yol-nəqliyyat hadisəsi baş verir:

"Mən özüm həmin ərazidə gündəlik hərəkət edirəm. Həmin dairə o qədər təhlükəlidir ki, az qala hər gün orada bir və ya iki qəza baş verir. Bu gün bir qadın sürücü təcrübəsizliyinə görə az qala mənimlə toqquşacaqdı. Yəni bir anlıq ehtiyatsızlıq faciəyə çevrilə bilərdi".

Qeyd olunub ki, dairədə və kəsişmə yollarda yol nişanı olmadığınnan, hərəkət edən nəqliyyat vasitələri üçün təhlükəli zona əmələ gəlib. 

Sözügedən kadrları təqdim edirik:

Son xəbərlər