İctimai fəal Anar Abdullayev həbs edilib
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə ittiham olunan ictimai fəal Anar Abdullayev həbs olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində bu barədə qərar verilib.
Anar Abdullayevə İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.
Qeyd edək ki, Anar Abdullayev Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda onlar barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Oxşar xəbərlər
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı noyabrın 17-də Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ər...