SİZİN REKLAM BURADA!
055 213 76 73


30 iyul tarixində “Optimal Yay Festivalı”-nın növbəti konserti Sumqayıt şəhərində keçirildi. Minlərlə Sumqayıt sakininin iştirak etdiyi konsert proqramının açılış nitqində yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçən Sumqayıt şəhərini 70 illik yubiley münasibətilə təbrik edən bəstəkar, müğənni Murad Arif və teleaparıcı Zümrüd Bədəlova konsertin keçirilməsini təşkil edən Optimal Elektronika MMC-yə, Xəzər Media Mərkəzinə və xüsusi dəstək göstərən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova təşəkkürlərini bildirdilər.

Sevilən ifaçılarından Murad Arif və Ramil Nabranın musiqiləriylə başlayan konsert proqramında Anar Şuşalı, Skripkaçı Səlim, Qurd, Roza Zərgərli, Ramal İsrafilov, Vəfa Şərifova, Lətifə Soyuöz, Rəvanə Əmiraslanlı, Hüseyn Məlikov, Orxan Babazadə, Məna Əliyev, Nazilə Əliyeva, Aysun İsmayılova, Rəsul & Xana yeni mahnılarıyla pərəstişkarlarını sevindirdilər.

1997-ci ildən etibarən məişət texnikası, elektronika və mebel sahəsində xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməyi özünə hədəf qoyan “Optimal” şirkəti 30 iyundan - 30 sentyabra qədər başlatdığı “Optimal Yay Festivalı” kampaniyası çərçivəsində Azərbaycanın bölgələrində konsertlər silsiləsi ilə müştərilərini diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, “Şansınız Optimal Olsun” devizi altında başlayan kampaniya çərçivəsində “Optimal” elektronika və mebel mağazalarında hər 300 manatlıq nağd və ya ilkin ödənişsiz, faizsiz, arayışsız kreditlə alış-veriş edən hər bir müştəriyə 1 ədəd kupon təqdim olunacaq.

12 oktyabrda keçiriləcək Final günündə “Optimal” müştərilərini 101 ədəd möhtəşəm hədiyyə gözləyir. Məişət avadanlıqları, telefonlar, noutbuklar, mebel dəstləri və nəhayət “Yeni Optima”  avtomobili sizin ola bilər.

Optimal bundan sonra da böyük layihələriylə hər zaman müştərilərini diqqət mərkəzində saxlayacaqdır.
Hörmətli “Optimal” müştəriləri, “Şansınız Optimal Olsun!”

Optimal - Keyfiyyəti əlçatan etdik.
Ətraflı: 012 954 / 
www.optimal.az
BAKU.WS
QALEREYA