İcra hakimiyyətindən “Bu şəhərdə”nin konsertinə icazə verilməməsi xəbərinə REAKSİYA
11
fev
2019
11:38
Sumqayıtda “Bu şəhərdə”nin konsertinin keçirilməsinə icazə verilməməsilə bağlı icra hakimiyyəti açıqlama verib.Sumqayıt Şəhər İcra Hakimiyyətindən BAKU.WS-ə verilən məlumata görə, burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur.“Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyətə konsert proqramları təşkil olunub. “Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi eləcə də şəhər ictimaiyyəti iştirak edib.Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, İcra hakimiyyəti tərəfindən “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib", - deyə qurumdan bildirilib.Qeyd edək ki, bundan əvvəl “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov konsertin keçirilməsinə icazə verilmədiyini bildirib. Bu barədə daha ətraflı “İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi”, adlı xəbərdə daha ətraflı məlumat verilib.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi
Sumqayıtda “Bu şəhərdə”nin konsertinin keçirilməsinə icazə verilməyib.BAKU.WS xəbər verir ki, bu barədə “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov bildirib. Onun...