SİZİN REKLAM BURADA!
055 213 76 73


Huawei şirkətindən yeni lifehack: fevralın 10-dan 20-dək yeni HUAWEI WATCH GT 3 42 mm ağıllı saatını alan hər kəs HUAWEI Band 6 ağıllı qolbağını hədiyyə qazanacaq.

Huawei Consumer Business Group (CBG) Azərbaycanda iki yeni məhsulun - Intel Core i5 prosessoru ilə yenilənmiş HUAWEI MateBook D14 noutbuku və Huawei  şirkətinin HarmonyOS 2 əməliyyat sistemi ilə işləyən, HUAWEI WATCH GT 3 42 mm ağıllı saatının satışına başlayıb.

Təkmilləşdirilmiş dizayn və avtonom batareya ilə yeni HUAWEI WATCH GT 3 42 mm saatı sağlamlıq vəziyyəti və idman nailiyyətlərinin gündəlik monitorinqini yüksək dəqiqliklə aparır.

Yeni HUAWEI WATCH GT 3 42 mm saatının korpusu paslanmayan poladdan hazırlanıb, siferblat olduqca möhkəm maili qoruyucu şüşə ilə örtülüb.

Cihazın qayışları kauçuk və dana dərisi kimi yüksəkkeyfiyyətli materiallardan hazırlanıb, bu isə saatın rahat taxılmasını təmin edir.

Ağıllı saat funksiyaların sürətli və rahat şəkildə idarə olunmasını təmin edən, hərəkətləri yüksək dəqiqliklə müəyyən edən toxunuşla əks əlaqə funksiyasına malik fırlanan düymə ilə təchiz olunub.

HUAWEI WATCH GT 3 42 mm iki işıq mənbəyi, səkkiz işıq diodu ilə sensor əsasında yenilənmiş HUAWEI TruSeenТМ 5.0+ ürək ritminin ölçülməsi texnologiyası ilə təmin olunub. Nəbzin ölçülmə dəqiqliyi PPG 5.0 modulu hesabına təkmilləşdirilib, bu isə sürətlə dəyişən yüklənmə zamanı ürək ritminə dəqiqliklə nəzarət etməyə imkan verir. GNSS əsasında beş sistemlə iki diapazonlu mövqeləndirmə sayəsində HUAWEI WATCH GT 3 42 mm ünvanın dəqiqliklə təyin edilməsini təmin edir. Bundan əlavə, bu ağıllı saat qanda oksigen səviyyəsini (SpO2), stress səviyyəsi və menstrual dövrü fasiləsiz olaraq izləyə bilir.

HUAWEI WATCH GT 3 42 mm 18 peşəkar, açıq havada 12 məşq və qapalı məkanda 6 məşq daxil olmaqla, 100-dən artıq məşq rejimi təklif edir. Xüsusi olaraq qaçış sevənlər üçün ağıllı saatda fərdi gündəlik məşq planı təklif edə və orqanizmin yüklənməyə reaksiyasını izləyən “Qaçış üzrə ağıllı məşqçi” funksiyası nəzərdə tutulub.  

HUAWEI WATCH GT 3 42 mm əlavə enerji yığmadan 7 gün işləyə bilir. Bu müddətdə istifadəçi musiqi dinləyə və gündə 30 dəqiqə Bluetooth vasitəsilə zəng edə, nəbzinə gecə-gündüz nəzarət edə, bildiriş ala, həftədə 1,5 saat məşq edə və gündə 200 dəfə ekranı aktivləşdirə bilər.

Məhsulun satışa çıxarılması münasibətilə fevralın 10-dan 20-dək HUAWEI WATCH GT 3 42 mm alan hər kəsə HUAWEI Band 6 ağıllı qolbağı hədiyyə olaraq veriləcək.

Yenilənmiş HUAWEI MateBook D14 çoxtapşırıqlılıq rejimlərində belə sürətli reaksiyanı və yüksək məhsuldarlığı təmin edən 10-cu nəsil Intel® Core™ i5-10210U prosessorunun bazasında qurulub. İnteqrasiya olunmuş Intel® UHD Graphics videokartı müxtəlif tətbiqlərlə işə zəmanət verir. 8 GB-lıq DDR4 ikikanallı operativ yaddaş və 256 GB-lıq bərk cisimli PCIe SSD yığıcılar əməliyyat sisteminin sürətlə yüklənməsinə, məlumatların yüksək sürətlə yazılması və oxunmasına təminat verir. Daha çox sayda yüksək sıxlıqlı pərlərlə HUAWEI Shark Fin 2.0 soyutma sistemi istiliyin effektiv şəkildə kənarlaşdırılmasını təmin edir.

HUAWEI MateBook D14 qapağın daxili səthinin 84%-ni əhatə edən, 4,8 mm-lik çərçivələrlə 14 düymlük IPS matrisası ilə təchiz olunub. Noutbuk TÜV Rheinland şirkətinin uzunmüddətli iş zamanı gözə düşən yükün azaldılmasını təmin edərək, işıqlandırma spektrində mavi işığın aşağı səviyyədə olmasını və ekranda sayrışmanın olmadığını təsdiq edən Low Blue Light və Flicker Free sertifikatlarına sahibdir.

56 VT*s batareya 1080Р video izləmə rejimində 13,2 saatadək avtonom işi dəstəkləyir. Noutbuk uyğun cihazları sürətlə enerji ilə dolduran HUAWEI SuperCharge sürətli enerji yığma funksiyası ilə 65 Vt gücə malik enerji yığma qurğusu ilə təmin edilmişdir.

Təkmilləşdirilmiş Huawei Share funksiyaları Windows və Android cihazları üçün yeni kross platforma imkanları təklif edir. “Multiscreen” rejimində yenilənmiş HUAWEI MateBook D14 eyni anda üç aktiv mobil tətbiqi dəstəkləyir. Həmin tətbiqləri fikrinizi smartfona yayındırmadan, birbaşa noutbukun ekranından idarə edə bilərsiniz.

Noutbukun işəsalma düyməsinin daxilinə yerləşdirilən barmaq izləri skaneri parolun daxil edilməsinə vaxt itirmədən, sistemi blokdan çıxarmağa imkan verir.

Məhsullar haqqında daha ətraflı məlumat əldə etmək üçün sayta keçid edin:

HUAWEI WATCH GT 3 42 mm: https://consumer.huawei.com/az/wearables/watch-gt3/

HUAWEI MateBook D14: https://consumer.huawei.com/az/laptops/matebook-d-14-2020/

BAKU.WS
VİDEO