SİZİN REKLAM BURADA!
055 213 76 73


HUAWEI şirkəti rəsmi olaraq Azərbaycanda 256 GB-lıq SSD yığıcısı ilə Intel® Core™ i3 prosessorlu HUAWEI MateBook D 14 və D 15 noutbuklarının satışına başlayır.

Noutbuklar nazik çərçivəli ekran, təhlükəsizliyə zəmanət verən kamera, faylları tək toxunuşla bir cihazdan digərinə keçirməyə imkan verən HUAWEI Share funksiyası sayəsində rahat istifadəçi təcrübəsini təmin edirlər.

HUAWEI MateBook D 14 və D 15 noutbukların yeni versiyaları 10-cu nəsil Intel® Core™ i3-10110U prosessorları əsasında hazırlanıblar. Mərkəzi prosessorun yüksək takt tezliyi və Intel® UHD Graphics 620 qrafik modulu sayəsində noutbuklar oyun, video yayım, yaradıcılıq və biznes proqramlarında müstəsna məhsuldarlıq nümayiş etdirirlər.

8 GB-lıq DDR4 ikikanallı operativ yaddaş isə bu noutbukların resurs tutumlu tətbiqlərlə və çoxtapşırıqlılıq rejimində sürətli işləməsinə imkan yaradır. HUAWEI MateBook D 14 və D 15 noutbuklarında məlumatların saxlanılması üçün yüksək sürətli PCIe interfeysi vasitəsilə qoşulan 256 GB-lıq yaddaş həcmi ilə SSD diski nəzərdə tutulub.

HUAWEI MateBook D 14 16:9 tərəflərin nisbəti ilə 14 düymlük 1920×1080 pikselli IPS ekranla və HUAWEI MateBook D 15 16:9 tərəflərin nisbəti ilə 15,6 düymlük 1920×1080 pikselli IPS ekranla təchiz olunublar. Ekran korpus nisbətləri 84% və 87%-ni əhatə edir, qoruyucu çərçivələr isə 4.8 mm və 5,3 mm qədər kiçildilmişdir. 178° geniş görmə bucaqları istənilən vəziyyətdə ekranda baş verənləri rahatlıqla izləməyə imkan verir. TÜV Rheinland tərəfindən sertifikat verilən mavi işıqlandırma spektrinin filtrasiya rejimi uzunmüddətli iş zamanı gözə düşən yükü azaldır. 

HUAWEI MateBook D 14-ün olduqca güclü 56Vt*s batareyası 1080P keyfiyyətdə video izləmə rejimində 13,2 saata qədər və ya ofis rejimində 13 saata qədər batareya ömrünü dəstəkləyir. FHD video izləmə rejimində 9,5 saatadək işi təmin edən 42 Vt*s nominal tutumlu batareya gün ərzində HUAWEI MateBook D 15 ilə fəal şəkildə işləməyə imkan verir. Komplektə 15 dəqiqəlik enerjinin 2 saatlıq iş üçün kifayət etdiyi, sürətlə enerji dolduran 65 Vt-luq çoxfunksionallı enerji yığma qurğusu daxildir. USB-C sayəsində yalnız noutbuk deyil, smartfon, planşet və digər cihazlar da enerji yığa bilər. Enerji yığma qurğusu təhlükəsizliyə zəmanət verən həddən artıq qızmadan mühafizə olunur. 

Veb kamera korpusda gizlədilib və yalnız tələb olunduqda çıxarılır, bu isə istifadəçinin məxfiliyini qoruyur. Barmaq izləri skaneri isə qidalanma düyməsinin daxilinə yerləşdirilib. Bunun sayəsində istifadəçi parolun daxil edilməsinə vaxt itirmədən sistemə çıxış əldə edir.

HUAWEI MateBook D 14 və D 15 əvvəlcədən quraşdırılmış Windows 10 ƏS ilə təchiz olduqları üçün onları aldıqdan dərhal sonra istifadə etməyə başlaya bilərsiniz. Noutbuklar əlavə olaraq HUAWEI Share funksiyasına malikdilər. Bunun sayəsində maus və ya sensor paneli ilə faylları bir cihazdan digərinə keçirmək və noutbukun ekranı vasitəsilə mobil tətbiqləri idarə etmək üçün HUAWEI smartfonlarını bir toxunuşla qoşa bilərsiniz.

10-cu nəsil Intel® Core prosessoru ilə yenilənmiş HUAWEI MateBook D 14 və D 15 noutbukları Azərbaycanda Baku Electronics və Kontakt Home mağazalar şəbəkələrində “mistik gümüşü” rəngdə təqdim olunub. Həmçinin, dekabrın 6-dan etibarən HUAWEI MateBook D 14 və D15 modellərini alanlara HUAWEI Band 6 ağıllı qolbaqı hədiyyə olunacaq.

Noutbuklar haqqında daha ətraflı məlumat əldə etmək üçün linklərə keçid edin.

HUAWEI MateBook D14 https://consumer.huawei.com/az/laptops/matebook-d-14-2020/

HUAWEI MateBook D 15 https://consumer.huawei.com/az/laptops/matebook-d-15/

BAKU.WS