SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı bodibilder Pərviz Qasımov idman sahəsində daha bir uğura imza atıb.

BAKU.WS xəbər verir ki, 2024-cü ilin Bodibildinq və Fitnes üzrə Azərbaycan Kubokunda qalib olan muğam ifaçısı bu dəfə bodibildinq üzrə Avropa çempionatında mütləq çempion adına sahib çıxıb. 

Yarış İspaniyanın Santa Susanna şəhərində baş tutub. 

Pərviz birincilik kürsüsünə çıxıb və ona qızıl medal təqdim edilib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Qeyd edək ki, keçmiş Baş Nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova xanəndə Pərviz Qasımovla ailəlidir. N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb.

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO