SİZİN REKLAM BURADA!
055 213 76 73


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.05.2024-cü il tarixində saat 22:50 radələrində Nizami rayonu ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbi ilə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib. 

Məlumatda deyilir ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib:

"Qapalı kəllə-beyin travması, sağ budun əzilməsi, təpə nahiyəsinin cırılmış yaraşı, sifətin əziyi diaqnozları təyin edilən 1959-cu il təvəllüdlü (qadın cinsli) şəxs Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır stabildir".

***08:13

Mayın 25-də saat 22:00 radələrində paytaxtın Nizami rayonunun M.Əliyev küçəsində Sumqayıt şəhər sakini C.Ələkbərov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Kəmalə Bağırova və Gülarə Əfəndiyevanı vurub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən G.Əfəndiyeva orada ölüb.

K.Bağırovanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nizami RPİ də cinayət işi qaldırılıb. Müvafiq ekspertizalar təyin edilib. İstintaq prosedurlarına görə zəruri hərəkətlər edilir.

Orxan Hüseyn
BAKU.WS
VİDEO

VİDEO

QALEREYA