SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxsə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”.

Bu məlumat BAKU.WS-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

Məlumatda qeyd olunub ki, 16.04.2024-cü il tarixində 3 nəfər qəza səbəbilə təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib.

“Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə yerləşdirilən 2000-ci il təvəllüdlü (kişi cinsli) şəxsə isə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Hazırda tibb müəssisəsinin Travma-ortopediya şöbəsində stasionar müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Qapalı kəllə-beyin travması, çənə sümüyünün açıq sınığı, üzün cırılmış yarası diaqnozları ilə gətirilən 2000-ci il təvəllüdlü (kişi cinsli) şəxsə və sol əlin arxa səthinin kəsilmiş yarası, hər iki baldırın əzilmiş-sıyrılmış yarası diaqnozları təyin edilən 1996-cı il təvəllüdlü (kişi cinsli) şəxsə ilkin tibbi yardım göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar”.

***08:36

16 aprel saat 00:28 radələrində ADY-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 10-EK-522 olan “Jiquli” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

BAKU.WS xəbər verir ki, toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Digər bir hadisə isə saat 04:50 radələrində Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan "Toyota Prius" markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.

Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 𝟏𝟎𝟎 𝐀𝐙𝐍 məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar

BAKU.WS
QALEREYA