Azərbaycan və BMT COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyəti müzakirə edib - FOTO
Azərbaycan və BMT qurumun İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyətdən irəli gələn məsələləri müzakirə edib.
BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb: “Görüşdə enerji gündəliyimizin prioritetlərini və COP29 çərçivəsində yaşıl enerji keçidi üzrə fəaliyyətdən irəli gələn məsələləri müzakirə etdik, yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik”.
Qalereya
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...