SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qəbələ rayon sakini 1991-ci il təvəllüdlü Samir Mahir oğlu Ramazanlının idarə etdiyi "Khazar" markalı avtomobillə Şəki rayon sakini Ceyhun Mustafayevin idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı avtomobillərdə olan dörd nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Yaralılardan üç nəfərə xəstəxanada ambulator müalicə göstərildikdən sonra evə buraxılıblar. Bakı sakini, 1984-cü il təvəllüdlü Aytəkin Qafıl qızı Qasımovanın müalicəsi isə xəstəxanada davam edir.

Faktla bağlı araşdırma aparılır.

***19:56

Şəkidə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəza İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS