VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Huawei Consumer Business Group (BG) bu gün HUAWEI WATCH FIT seriyasının yeni üzvü olan HUAWEI WATCH FIT Elegant Edition təqdim etdi. Yeni buraxılış, buz bəyazı və zülmət qarası rəngində olmaqla, hamar şüşə səthi və flüoroelastomer kəməri ilə birlikdə istifadəçilərinə ağıllı saatı öz tərzlərinə uyğunlaşdırmağa imkan verir. Sağlamlığa nəzarət təcrübəsini daha da təkmilləşdirməklə, HUAWEI WATCH FIT seriyası artıq bütün gün ərzində davam edən SpO2 nəzarətini təklif edir. Bundan başqa, istifadəçilər, Huawei smartfonuna kiçik toxunuşla saatın siferblatını dəyişərək hava funksiyaları vasitəsilə ay fazası kimi hava haqqında daha çox məlumat əldə edə bilərlər.

Öz tərzini kəşf et

HUAWEI WATCH FIT Active Edition üç müxtəlif rəngdə Azərbaycanda mövcuddur: nanə yaşılı, sakura çəhrayısı və qrafit qarası olmaqla, istifadəçilərini, qarışdıraraq uyğunlaşdırmaq üçün müxtəlif rəng seçimləri ilə təmin edir. Yenicə təqdim edilmiş HUAWEI WATCH FIT Elegant Edition daha iki rəngi təqdim etməklə seriyanı daha yüksək keyfiyyət səviyyəsinə qaldırır: istifadəçilərə minimalist tərzi bəxş etmək üçün buz bəyazı və zülmət qarası rəngləri. Dəyişməyən rənglər, istifadəçinin özünəməxsus tərzini ifadə etməklə sadə, lakin premium görünüş və hiss bəxş edir.

Materiallara gəlincə, HUAWEI WATCH FIT Elegant Edition hamar şüşə səthə malik paslanmayan polad saat çərçivəsindən istifadə edir. Yumşaq flüoroelastomer kəməri, daha uzun müddət ərzində gündəlik rahat istifadə üçün erqonomik olaraq hazırlanıb. Son dərəcə kompakt konstruksiyası sayəsində HUAWEI WATCH FIT Elegant Edition gündəlik saat kimi istifadə üçün yüngüllüyünü və
rahatlığını qoruyub saxlayır.

Sağlamlığın proaktiv monitorinqi üçün bütün gün SpO2 nəzarəti

Qanın oksigen saturasiyası, insanın ümumi sağlamlığının mühüm göstəricisidir. HUAWEI WATCH FIT Elegant Edition bütün gün ərzində davam edən SpO2 nəzarətini təklif etməklə istifadəçilərinə sağlamlıqları haqqında məlumatlı olmaq və SpO2 səviyyəsi çox aşağı olduqda xəbərdar olmaq imkanı yaradır. İstifadəçilər, həmçinin, sağlamlıqlarına nəzarətdə maraqlı olanlar üçün böyük funksiya olan HUAWEI Health tətbiqindən istifadə etməklə bütün gün SpO2 səviyyəsindəki dəyişiklikləri yoxlaya bilərlər.

Birlikdə sağlam qalın
İnteraktiv və maraqlı fitnes kursları hər zaman HUAWEI WATCH FIT seriyasının özünəməxsus funksiyası olub. Ən çox rast gəlinən narahatlıqları, o cümlədən, piyin əridilməsi, tonlama, çiyin və boyunda gərginliyi aradan qaldırmaq məqsədilə 96 iş rejimi ilə yanaşı, 12 asan fitnes dərsi işlənib hazırlanmışdır. Bu kurslarda zaman və məkan məhdudiyyəti yoxdur. İstifadəçilər evdə və ya ofisdə asanlıqla kursa başlaya bilərlər, belə ki, asan fitnes proqramı ilə aktiv qalmaq bir fincan kofe içmək kimi tez və sadədir.

Qapalı məkan üçün nəzərdə tutulmuş 12 fərdi məşq kursu fonunda HUAWEI WATCH FIT idmançılar üçün quraşdırılmış 13 qaçış kursunu təqdim edir. Siz qaçarkən, ağıllı saat qaçış təlimatlarını pozaraq quraşdırılmış GPS və çoxsaylı sensorları ilə addımlarınızın sayını təhlil edir.

Huawei-in intellektual texnologiyası, məşqin səmərəliliyini artırmaq və xəsarət almamaq üçün istifadəçilərə real vaxt üzrə qaçış təlimatı və məşqlı bağlı məsləhət verir.

Təlim kursları və iş məlumatları üzrə təlimatla, istifadəçilər, şəxsi iş proqramını hazırlamaq və fitnes məqsədlərinə addım addım çatmaq üçün yaxşı təmin olunacaqlar.

Ağıllı təcrübə təkmilləşdirilir
Yeni HUAWEI WATCH FIT Elegant Edition istifadəçilərə yalnız bir toxunuşla saatın siferblatını fərdiləşdirmək imkanı verir. Yalnız bir toxunuşla istifadəçilər, smartfondakı sevimli şəkillərindən birini fon olaraq quraşdıra bilərlər. Ev heyvanınızın, dostunuzun şəklini və ya obrazı HUAWEI WATCH FIT Elegant Edition ekranında əks etdirməklə sevimli anlarınızı yada salın.

Standart hava funksiyaları ilə yanaşı, HUAWEI WATCH FIT Active və Elegant Edition hər günün gündoğumu və günbatımı vaxtını ekranda göstərir. Ətraf mühitlə bağlı daha çox məlumat almaq üçün ayın səkkiz fazası, o cümlədən, aypara və bədirlənmiş ay da aydın şəkildə əks olunur.

Yeni və intellektual funksiyalarla yanaşı, HUAWEI WATCH FIT Elegant Edition ürək döyüntüsü və yuxu rejimi aktiv olduqda da 10 günlük batareya ömrü təklif etməyə davam edir. Bütün bunlardan başqa, bu seriya Huawei-in sürətli enerji yığma texnologiyasını dəstəkləyir. Bir dəfə beş dəqiqəlik enerji yığma ağıllı saatın gündəlik səciyyəvi istifadəsi üçün kifayət edir.

Yeni HUAWEI WATCH FIT Elegant Edition dizaynı, materialları və funksionallığı ilə təkmilləşdirilmiş ağıllı saat təcrübəsi təqdim edir. Üstün dizaynlı ağıllı saatdan, sağlamlığın aktiv idarə olunmasını və elmi işə nəzarəti tələb edən istifadəçilər üçün HUAWEI WATCH FIT Elegant Edition mükəmməl
seçimdir.

Azərbaycanda HUAWEI WATCH FIT Elegant Edition ağıllı saatı ilk olaraq 10 may tarixində Huawei-in rəsmi tərəfdaşı olan Baku Electronics mağazalar şəbəkəsində buz bəyazı və zülmət qarası rənglərdə satışa çıxacaq. HUAWEI WATCH FIT Elegant Edition ağıllı saatın rəsmi satış qiyməti 279 manat təşkil edəcək və nağd alışda 40 manat endirim təqdim olunacaq, həmçinin hissə-hissə ödənişlədə 12 ay ilkin ödənişsiz və faizsiz əldə etmək mümkün olacaq.

BAKU.WS
QALEREYA