SİZİN REKLAM BURADA!
055 213 76 73


“Huawei Consumer Business Group” güclü Intel® Core™ prosessoru, gözlərin qorunması rejimi ilə çərçivəsiz ekran, artırılan operativ yaddaş və SSD yığıcısının həcmi, həmçinin noutbukla smartfon arasında qarşılıqlı əlaqəni asanlaşdıran “Multiscreen” funksiyası ilə təchiz edilmiş təkmilləşdirilmiş HUAWEI MateBook D14 noutbukunu təqdim edir.

Dar çərçivələr və gözlərin qorunması rejimi ilə ekran

HUAWEI MateBook D 14 qapağın daxili səthinin 84%-ni əhatə edən 4,8 mm çərçivələrlə 14 düymlük IPS matrisası ilə təchiz olunub. İstər sənədlərlə iş, istərsə də kinoteatr zallarındakı kimi film izləmək üçün sürətli reaksiya və 16:9 tərəflərin nisbəti ilə parlaq və canlı ekranlar.
Noutbuk TÜV Rheinland şirkətinin, uzunmüddətli iş zamanı gözə düşən yükün azaldılmasına təminat verərək, işıqlandırma spektrində mavi işığın aşağı səviyyədə olmasını və ekranda sayrışmanın olmadığını təsdiq edən Low Blue Light və Flicker Free sertifikatlarına sahibdir.

Sadə dizaynla metal korpus

MateBook D 14 noutbuku mexaniki emala məruz qalan hamar metal səth teksturası ilə möhkəm və yüngül alüminium korpusa malikdir. Qalınlığı 15,9 mm, çəkisi isə sadəcə 1,38 kq olan HUAWEI MateBook D 14 noutbukunu çantanıza yerləşməyəcəyinə görə narahat olmadan, özünüzlə səyahətə və ezamiyyətə asanlıqla apara bilərsiniz.

Ən müxtəlif məsələlərin həlli üçün güclü prosessor və yüksək tutumlu batareya

10-cu nəsil Intel® Core i3-10110U əsasında hazırlanan HUAWEI MateBook D 14 çoxtapşırıqlılıq rejimində belə sürətli reaksiya və yüksək məhsuldarlığı təmin edir. İnteqrasiya olunmuş Intel® UHD Graphics videokartı isə fərqli tətbiqlərlə işləməyiniz üçün imkan yaradır.
Yenilənmiş MateBook D 14 noutbuku 8 GB-lıq DDR4 ikikanallı operativ yaddaş və PCIe interfeysi ilə 256 GB-lıq bərk cisimli yığıcı (SSD) ilə təchiz edilmişdir. Bu isə məlumatlara çıxış sürətinə və əməliyyat sisteminin sürətli işləməsinə zəmanət verir.

Hər gün üçün intellektual funksiyalar

Təkmilləşdirilmiş Huawei Share funksiyaları Windows və Android cihazları üçün yeni kross platforma imkanları təklif edir. Sadəcə bir toxunuşla uyğun smartfonu noutbuka qoşmaq mümkündür. Bunun sayəsində noutbukun klaviatura və mausu ilə mobil cihazı idarə edə, onlar arasında faylları çəkib digərinə ata, mobil tətbiqləri işə sala, həmçinin noutbukda zəngləri qəbul edə bilərsiniz. “Multiscreen” rejimində yenilənmiş HUAWEI MateBook D 14 eyni anda üç aktiv mobil tətbiqi dəstəkləyir. Həmin tətbiqləri fikrinizi smartfona yayındırmadan, birbaşa noutbukun ekranından idarə edə bilərsiniz.

MateBook D 14 noutbukunun güclü 56 VT*s batareyası 1080Р video izləmə rejimində 13,2 saatadək və ya ofis tətbiqləri ilə iş rejimində 13 saatadək avtonom işi dəstəkləyir. Noutbuk uyğun mobil cihazları sürətlə enerji ilə dolduran HUAWEI SuperCharge sürətli enerji yığma funksiyası ilə 65 Vt gücə malik enerji yığma qurğusu ilə təmin edilmişdir.

Noutbukun yandırma düyməsinin daxilinə yerləşdirilən barmaq izləri skaneri parolun daxil edilməsinə vaxt itirmədən, sistemi blokdan çıxarmağa imkan verir. Korpusda gizlədilən veb-kamera isə istifadəçinin məxfiliyini etibarlı şəkildə təmin edərək icazəsiz istifadə imkanını istisna edir. Həcmli səslə stereosistem sadalanan xüsusiyyətləri tamamlayır.

Satışa çıxarılma

“Kosmik boz” rəngdə yenilənmiş HUAWEI MateBook D 14 noutbuku Azərbaycanda rəsmi tərəfdaşların - Baku Electronics və Kontakt Home mağazalar şəbəkəsində 19 noyabr 2021-ci il tarixindən satışa çıxarılacaq.

Daha ətraflı məlumat üçün: https://consumer.huawei.com/az/laptops/matebook-d-14-2020/

BAKU.WS