SİZİN REKLAM BURADA!
055 213 76 73


Huawei Şirkəti Azərbaycan bazarında HUAWEI Band 6 məhsulunu təqdim edib. Bu, brendin, cihazın ön səthinin 64%-ni əhatə edən, 1,47 düymlük tam görüntülü AMOLED ekrana sahib ilk fitnes qolbağıdır.

Genişləndirilmiş ekran çoxsaylı məlumatları aydın oxunan şəkildə əks etdirir. Fitnes qolbağı orqanizmin parametrlərinə və məşqlərə nəzarət üçün geniş funksiya dəsti, uzunmüddətli avtonom iş, sürətli batareya doldurma və aktual erqonomik dizaynla təmin olunub.

HUAWEI Band 6 — Huawei şirkətinin, qanın SpO2 oksigeni ilə doyma səviyyəsinə gecə-gündüz monitorinq funksiyasına sahib olan ilk fitnes qolbağıdır.

Bütün bunlar sağlamlıq vəziyyətinə nəzarət üçün nəbzin, yuxu keyfiyyətinin, stress səviyyəsi və digər parametrlərin izlənilməsi kimi geniş alətlər seçimini tamamlayır. Fiziki fəallığın ölçülməsi üçün cihaz istifadəçilərə idman və fitnes məşqlərinin effektivliyini artırmağa və qoyulan məqsədlərə daha tez nail olmağa imkan verən 96 peşəkar məşq təhlili rejimini dəstəkləyir. Yüngül çəkisi (18 q) sayəsində fitnes qolbağını gün ərzində biləkdə gəzdirmək rahatdır.

HUAWEI Band 6 194×368 icazəsi və 282 piksel sıxlığına malik 1,47″ düymlük sensorlu AMOLED ekranla təchiz olunub. Displey fitnes qolbaqlarının əvvəlki modelləri ilə müqayisədə 148% daha böyükdür, ekranın korpusun ön səthinin sahəsinə nisbəti isə 64%-dək artıb.

Azərbaycanda fitnes qolbağının qayışı “qrafit qara” və “çəhrayı sakura” çalarlarında təqdim olunub. Onun hazırlanması zamanı ultrabənövşəyi şüalanma ilə polimerizasiya texnologiyası istifadə olunub. Cihazın korpusu şüşə lifi ilə armaturlanmış polimerdən hazırlanıb və yüngül teksturalı metal örtüklə tamamlanıb.

Yığcamlıq və iki həftəlik avtonom iş üçün güclü batareya

Elektron komponentlərin yüksək enerji səmərəliliyi və intellektual enerjiyə qənaət alqoritmləri fitnes qolbağının ürək ritminə və yuxuya fasiləsiz olaraq nəzarət etməsinə imkan verir, 14 günlük avtonom iş müddətini təmin edir. Bundan əlavə, HUAWEI Band 6 maqnitli şarj cihazı vasitəsilə sürətli batareya doldurmanı dəstəkləyir. Beş dəqiqəlik şarjla ağıllı qolbağı iki gün adi qaydada istifadə etmək üçün kifayət edir.

Orqanizmin vəziyyətinə fasiləsiz nəzarət

Aparat modulları səviyyəsində optimallaşdırılmış Huawei TruSeenTM 4.0 texnologiyası və yeni intellektual enerjiyə qənaət alqoritmləri sayəsində HUAWEI Band 6 qanın SpO2 oksigeni ilə doyma səviyyəsinə gecə-gündüz nəzarət edə bilir.

Göstərici təhlükəli həddə çatanda istifadəçinin lazımi tədbirləri vaxtında görməsi üçün ağıllı qolbaq siqnal göndərir. Həmçinin, HUAWEI Band 6 nəbzin, yuxu keyfiyyətinin, stress səviyyəsi və qadınların xüsusi günlərin monitorinqini aparır və, nəbz tezliyi rahatlıq vəziyyətində çox yüksək və ya çox aşağı olduqda istifadəçiyə xəbərdarlıq edir.

Şəxsi məşqçiniz biləyinizdə

HUAWEI Band 6 qolbağının idman funksiyaları istifadəçilərə idman məşqlərinin səmərəliliyinin artırılması üçün geniş imkanlar, qapalı məkanda və açıq havada qaçış, velosiped yürüşü və iplə tullanma daxil olmaqla, 11 peşəkar məşq rejimi, həmçinin fitnes, top oyunları və rəqs məşqləri daxil olmaqla, 85 tənzimlənən rejim təklif edir.

HUAWEI Band 6, şirkətin hazırladığı, məşqlərin izlənilməsi üçün HUAWEI TruSport peşəkar alqoritmdən istifadə edir. Bu alqoritm ürək ritminin dəyişmə dinamikası və məşq tempi haqqında məlumatlar kimi parametr dəsti vasitəsilə müxtəlif məşqlər zamanı konkret istifadəçinin imkanlarını müəyyən edir. Bu, idmançılara və fitnes həvəskarlarına bilavasitə məşq zamanı tövsiyələr almağa və qoyulan məqsədlərə daha tez nail olmağa kömək edir.

Orqanizmin parametrlərinə nəzarət və məşqlər üçün funksiyalarla yanaşı, HUAWEI Band 6 musiqinin və uzaqdan çəkiliş zamanı yararlı olacaq smartfon kamerasının sürgüsünün idarə olunması imkanına malikdir.   

Azərbaycanda HUAWEI Band 6 qolbağı ilk olaraq 24 may tarixində Huawei-in rəsmi tərəfdaşları olan Baku Electronics və Kontakt Home mağazalar şəbəkələrində qrafit qara və çəhrayı sakura rənglərdə satışa çıxacaq. HUAWEI Band 6 qolbağın rəsmi satış qiyməti 139 manat təşkil edəcək və nağd alışda 20 manat endirim təqdim olunacaq, həmçinin hissə-hissə ödənişlədə 12 ay ilkin ödənişsiz və faizsiz əldə etmək mümkün olacaq.

Daha ətraflı məlumat üçün veb sayta keçid edin:  https://consumer.huawei.com/az/wearables/band6/

BAKU.WS
VİDEO