SİZİN REKLAM BURADA!
055 213 76 73


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fərid Məmmədov, Xasay Mədətov, Cəfər Məmmədov, Gündüz Əliyev, Elnur Eynanxa və İsmayıl Məmmədov saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, həmin şəxslərdən heroin, metamfetamin və marixuana aşkarlanıb.
 
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
 
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər nəticəsində şəhər sakinlərindən sənədləri olmayan 17 ədəd ov tüfəngi aşkarlanıb.
BAKU.WS
QALEREYA