SİZİN REKLAM BURADA!
055 213 76 73


Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 233 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb və tut ağacının kəsildiyi faktı təsdiqini tapıb.

Bu barədə BAKU.WS-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağacın sözügedən ərazidəki "Tantuni" adlı obyektin sahibi tərəfindən kəsildiyi müəyyən edilib.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

***10:20

Ağa Nemətulla küçəsində ganunsuz tikintiyə cəhd aşkarlanmışdır. 

Bu barədə BAKU.WS-ə Nərimanov RİH-dən bildirilib.

Qeyd olunub ki, hazırda ərazidə söküntü işləri aparılır.

***09:59

Bakının daha bir ərazisində ağacları kəsərək yerində tikinti işləri aparılır. 

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, hadisə Nərimanov rayonunda, Ağa Nemətulla küçəsi 235b ünvanında qeydə alınıb. 

Şikayətçinin sözlərinə görə, ağacları kəsib yerində kafe tikilir:

"Nərimanov rayonu ərazisində ağacları kəsərək növbəti pivəxana tikirlər. Hadisə ilə bağlı polisə məlumat vermişik".

Banu Hüseynli
BAKU.WS
QALEREYA