SİZİN REKLAM BURADA!
055 213 76 73


Huawei Consumer Business Group (BG) HarmonyOS 2.1 əməliyyat sistemi ilə 46 mm və 42 mm-lik diametrə malik HUAWEI WATCH GT 3, həmçinin HUAWEI WATCH GT Runner yeni nəsil ağıllı saatlarını təqdim edib.

Yenilənmiş istifadəçi interfeysi sayəsində HUAWEI GT seriyasından ağıllı saatlar müxtəlif ssenarilərdə daha rahat istifadəni təmin edir.

Təkmilləşdirilmiş dizayn və kompleks yeniləmələrlə yanaşı, ağıllı saatlar TruSeenTM 5.0+ sistemi vasitəsilə sağlamlıq vəziyyəti və idman nailiyyətlərinin gündəlik dəqiq monitorinqini aparır, həmçinin 14 gün ərzində avtonom işləyir.

İnnovativ dizayn

HUAWEI WATCH GT 3 istifadəçi təcrübəsini yeni səviyyəyə qaldıran, hərəkətlərin yüksək dəqiqliklə müəyyən edilməsini təmin edən toxunuşla əks əlaqə ilə fırlanan düymə ilə təchiz olunub. İnterfeysin şahmat dizaynı bir işarədən digərinə rahatlıqla keçməyə və onları daha sürətli və effektiv iş üçün miqyaslamağa imkan verir. Hər zaman aktiv ekran funksiyasını (AOD) isə gecə-gündüz rejimində iş üçün istifadə etmək olar.
HUAWEI WATCH GT 3 46 mm saatının qayışsız çəkisi 42,6 q, ümumi qalınlığı 11 mm, HUAWEI WATCH GT 3 42 mm saatının isə çəkisi təqribən 35 q, qalınlığı 10,2 mm təşkil edir. Hər iki model artıq daha yüngül və nazikdir.

HUAWEI WATCH GT seriyasından saatlarda ilk dəfə olaraq HarmonyOS 2.1 əməliyyat sistemi tətbiq olunur. O, bu əməliyyat sistemi ilə bütün məhsullar üçün vahid sadə dizaynla fərqlənir.

Elmi işləmələr əsasında təkmilləşdirilmiş sağlamlıq və məşq monitorinqi

HUAWEI WATCH GT 3 saatı HUAWEI TruSeenТМ 5.0+ yeni ürək ritminin monitorinqi texnologiyası ilə təchiz olunub. İşığın daha yaxşı nüfuz etməsi, enerji istehlakının azaldılması və saatın rahatlıqla taxılması üçün bu texnologiyada iki işıq mənbəyi, səkkiz işıq diodu və əyilmiş şüşə panelli sensor istifadə olunur. GNSS əsasında beş sistemlə iki diapazonlu mövqeləndirmə ünvanın dəqiqliklə təyin edilməsini təmin edir.

Yeni PPG 5.0 modulu sayəsində nəbzin ölçülmə dəqiqliyi əvvəlki nəsil saatları ilə müqayisədə əhəmiyyətli dərəcədə təkmilləşdirilib. HUAWEI WATCH GT 3 saatı sprint, üzgüçülük və iplə tullanma kimi tez-tez dəyişən ssenarilərdə ürək ritmini dəqiq izləməyə davam edir.

Onlar həmçinin sağlamlıq vəziyyətinə hərtərəfli nəzarət üçün real vaxt rejimində qanda oksigen səviyyəsinin (SpO2), stress səviyyəsinin və menstrual dövrün fasiləsiz monitorinqini aparır. TruSleep texnologiyası isə ürək vurğularının tezliyinə nəzarət edərək və əldə olunan məlumatlar əsasında 200-ə qədər tövsiyə hazırlayaraq yuxu keyfiyyətinin monitorinqini təmin edir.

HUAWEI WATCH GT 3 seriyası məşq məlumatlarını qeydə alır, təhlil edir və istifadəçinin cari fiziki imkanlarından və hədəflərindən asılı olaraq yüklənmənin artırılacağı və ya azaldılacağı dövrləri intellektual olaraq müəyyən edir. Cihaz idman göstəricilərinin tədricən yaxşılaşdırılması üçün yüklənmə səviyyəsini mərhələli şəkildə artırmaqla məşqlərin intensivliyini tənzimləyir.

HUAWEI WATCH GT 3 18 peşəkar rejim, açıq havada 12 məşq (qaçış, yeriş, alpinizm, yürüş, kross qaçışı, velosiped yürüşü, açıq suda üzgüçülük, triatlon, xizəksürmə, qaçış xizəkləri, snoubord sürmə, qolf) və qapalı məkanda 6 məşq (yeriş, qaçış, velosiped yürüşü, hovuzda üzmə, sərbəst məşqlər, elliptik trenajor və avarlı trenajor) daxil olmaqla 100-dən artıq rejim təklif edir.

Fərdi yanaşma

“Qaçış üzrə ağıllı məşqçi” funksiyası ilə HUAWEI WATCH GT 3 idman məşqlərinə fərdi yanaşmanı təmin edir. Bu funksiya sayəsində həftəlik idman planını yerinə yetirən istifadəçi orqanizmin reaksiyasını izləyə, idman məşğələlərinin effektivliyinin artırılması üçün növbəti həftəyə məşq rejimində düzəliş edə biləcək.
Yeni “Qaçış indeksi” (RAI) funksiyası da məşqlərin keyfiyyətini artırmağa kömək edir. Bu funksiya nəbzin tezliyi, temp və digər göstəricilər əsasında qaçış zamanı məhsuldarlığın dəqiq təhlilini aparır.

Artırılmış avtonom iş müddəti

Yeni HUAWEI WATCH GT seriyası batareyanın uzun müddət işləməsini təmin edir. Hər həftə 30 dəqiqə ərzində musiqi dinləyən və Bluetooth ilə zəng edən, həmçinin ürək ritminin monitorinqi, HUAWEI TruSleep ™ və bildirişlər aktiv olan, saat yarımlıq həftəlik məşqlər (aktiv GPS ilə) zamanı HUAWEI WATCH GT 3 46 mm saatının avtonom iş müddəti 14 gün, WATCH GT 3 42 mm saatının avtonom iş müddəti isə 7 gün təşkil edir. Bu zaman ekran gündə təqribən 200 dəfə aktivləşdirilə bilər.

Artırılmış avtonom iş müddəti istifadəçilərə saatı bütün gün ərzində, hətta yatanda belə taxmağa imkan verir.

Satışa çıxarılma

HUAWEI WATCH GT 3 46 mm yeni ağıllı saatının Azərbaycanda 2021-ci il 17 dekabr tarixində satışa çıxarılacağı gözlənilir. Saat klassik qəhvəyi və qara olmaqla 2 rəngdə satışda olacaq.

Məhsul haqqında daha traflı məlumat əldə etmək üçün linkə keçid edin:

https://consumer.huawei.com/az/wearables/watch-gt3/

BAKU.WS
VİDEO