SİZİN REKLAM BURADA!
055 213 76 73


“HUAWEI” şirkəti ilk ağıllı ev kompleks layihəsi ilə instalyasiyanı təqdim edib.

Bura qonaq otağı, mətbəx, iş otağı, ev idman zalı, əyləncə otağı və qaraj daxildir. “HUAWEI” şirkətinin smartfonlar, personal kompüterlər, planşetlər, ağıllı saatlar, səs ucaldıcılar və Vision TV televizorları kimi məhsulları simsiz qoşulmadan istifadə edərək, tərəfdaşların məhsulları ilə inteqrasiya olunur və istifadəçiləri komfortlu və rahat əlaqə ilə təmin edir.

Ağıllı ev layihəsi şirkətin həyata keçirdiyi, Seamless AI Life qurğuları arasında qarşılıqlı əlaqə ekosisteminin qurulması strategiyasının əsas tərkib hissəsidir. HUAWEI HiLink, HarmonyOS və HUAWEI HiCar kimi texnologiyaları birləşdirən layihə rəqəmsal texnologiya dövründə ağıllı evin prototipidir.

“HUAWEI” in layihəsi olan ağıllı evin sahibi səsli köməkçini və “Evə qayıdıram” rejimini işə salmaq üçün bir neçə söz deməsi kifayətdir. Sistem hava təmizləyicisi, işığı, pərdələri avtomatik olaraq idarə edəcək. Bütün qoşulan qurğular süni intellekt əsasında səsli köməkçi vasitəsilə idarə oluna bilər. Ağıllı evin mətbəxi HarmonyOS əsasında məişət cihazları ilə təchiz olunub. Onlara smartfon vasitəsilə bir toxunuşla qoşulmaq olar. Buxarda bişirən, blender və digər mətbəx əşyalarına reseptlər yüklənir və yeməklərin hazırlanması asanlaşır.

Cihazlar arasında faylları rahat şəkildə ötürməyə imkan verən “Multiscreen” texnologiyasının bütün üstünlüklərindən yararlanmaq üçün istifadəçilər smartfonlarını HUAWEI MateBook noutbukları və HUAWEI MatePad Pro planşetlərinə qoşa bilər. İntellektual çox pəncərəli Multi-Window iş rejimi ekranda iki, üzə çıxan pəncərələrdə isə əlavə olaraq iki tətbiqi eyni anda açmağa imkan verir. Təlim mühazirələrini dinləmək, qeyd aparmaq, kalkulyatordan istifadə etmək və internetdə məlumat axtarmaq mümkündür.

Qonaq otağı HUAWEI Vision 65-düymlük 4K-televizoru və HUAWEI Sound X akustik sistemi ilə təchiz olunub. İstifadəçi HUAWEI Video platformasının AiMax Cinema bölməsində film seçə və evdə özünü kinoteatrdaki kimi hiss edə bilər.

İdman zalında qolf həvəskarları üçün trenajor var. Bu trenajor zərbələrin sayını, topun sürətini və kalori səviyyəsini qeydə alan HUAWEI WATCH GT 2 Pro ağıllı saatının nəzarəti altında zərbələri yerinə yetirərək məşq etməyə imkan verir. HUAWEI WATCH FIT saatları orqanizmin vəziyyətini qiymətləndirməklə, tövsiyə olunan bərpa vaxtını əks etdirməklə və fərdi tövsiyələr tərtib etməklə avarlı trenajorda və digər kardio- və anaerob məşqlər zamanı kömək edir. Bundan əlavə, AI Fitness funksiyası sayəsində HUAWEI Vision TV televizoru yoqa və digər çətin məşqlər zamanı yardım edir. Texnologiya intellektual alqoritmlər vasitəsilə bədənin vəziyyətini təhlil edir, pozanı müəyyən edir və real vaxt rejimində faydalı məsləhətlər verir.

Qarajda istifadəçi avtomobil qapılarını smartfon vasitəsilə aça bilər. Avtomobili işə saldıqdan sonra mobil tətbiqlər, naviqasiya və musiqi kimi servislər avtomobilin multimedia sisteminə avtomatik şəkildə qoşulur. Qoşulan məişət cihazları idarəetmə panelinin əsas ekranında görünən kartlar vasitəsilə idarə oluna bilər. Məsələn, evə qayıtmazdan əvvəl işıq və kondisioner bilavasitə avtomobildən, yəni məsafədən işə salına bilər.

HarmonyOS əməliyyat sisteminin işə salınması onun inkişafının sürətləndirilməsini vəd edir.

Hal-hazırda “HUAWEI” şirkətinin, əşyaların internetində 220 milyondan artıq qurğunu əhatə edən HiLink platforması üzrə 800-dən çox tərəfdaşı var. HarmonyOS əməliyyat sistemi “HUAWEI” ekosisteminin qurulması üçün indiyədək 20-dən artıq avadanlıq istehsalçısı və 280 tətbiq tərtibatçısını cəlb edib. 2021-ci ildə, istehlakçılara HarmonyOS əsasında 100 milyon qurğu təqdim edəcək 40-dan çox məşhur brendin HUAWEI ilə əməkdaşlıq edəcəyi gözlənilir.

BAKU.WS
VİDEO