SİZİN REKLAM BURADA!
055 213 76 73


HUAWEI Consumer Business Group Azərbaycanda Intel Core i5-10110U prosessoru, gözlərin qorunması rejimi ilə çərçivəsiz ekran, 256 GB-lıq SSD yığıcı və təkmilləşdirilmiş soyutma sistemi ilə təchiz olunan yenilənmiş HUAWEI MateBook D14 noutbukunu tezliklə satışa çıxaracaq.

Yenilənmiş HUAWEI MateBook D14 sistemin işini sürətləndirən və noutbukun məhsuldarlığını artıran Intel® Core™ i5-10210U prosessorunun bazasında qurulub. 8 GB-lıq DDR4 ikikanallı operativ yaddaş və 256 GB-lıq bərk cisimli PCIe SSD yığıcılar əməliyyat sisteminin sürətlə yüklənməsinə, məlumatların yüksək sürətlə yazılması və oxunmasına zəmanət verir. Resurs tutumlu tapşırıqlar üçün Fn+P düymələri vasitəsilə işə düşən yüksək məhsuldarlıq rejimi nəzərdə tutulub. Artıq səs-küy yaratmadan və əsas komponentlərin sabit temperaturunu təmin edərək, daha güclü hava axını yaradan daha çox sayda yüksək sıxlıqlı pərlərlə HUAWEI Shark Fin 2.0 soyutma sistemi istiliyin effektiv şəkildə kənarlaşdırılmasını təmin edir.

HUAWEI MateBook D14 ekranı 14 düymlük IPS matrisası ilə təchiz olunub, NTSC rəng məkanının 45%-ni canlandıra bilir və 800:1 qədər kontrastlıqda 250 nitədək maksimal parlaqlığa malikdir. Üst və yan çərçivələrin eni 4,8 mm təşkil edir. Bunun sayəsində ekranın faydalı sahəsi 84%-ə çatır. 16:9 tərəflərin nisbəti həm sənədlərlə işləmək, həm kinematoqrafiya formatında filmləri izləmək üçün optimaldır. Geniş baxış bucağı 178°, 1920x1080 piksellik yüksək ekran icazəsi və TÜV Rheinland şirkəti tərəfindən sertifkatlaşdırılan gözlərin qorunması rejimi film izləmə, oyun və veb-serfinq zamanı vizual rahatlığı təmin edir.

Noutbuk mexaniki emala məruz qalan hamar metal səth teksturası ilə alüminiumdan möhkəm və yüngül korpusa malikdir. 322,5×214,8×15,9 mm ölçülərində HUAWEI MateBook D14 çəkisi 1,38 kq təşkil edir.

56 Vtxs tutuma malik batareya 1080P video izləmə rejimində 13.2 saatadək avtonom iş rejimini təmin edir. HUAWEI SuperCharge sürətli enerji yığma texnologiyasını dəstəkləyən 65 Vt-lıq enerji yığma qurğusu uyğun cihazları sürətlə enerji ilə doldurur. Geniş port seçimi noutbuka klaviatura və mouse-dan tutmuş xarici sərt disklərədək eyni anda bir neçə periferiya qurğusunu qoşmağa imkan verir. Aktivləşdirmə düyməsində quraşdırılan barmaq izi skaneri sayəsində sistemi parolun daxil edilməsinə vaxt itirmədən, bir toxunuşla blokdan çıxarmaq mümkündür.

HUAWEI MateBook D14 eyni anda bir neçə qurğuda işləmək məqsədilə HUAWEI smartfonları, planşet və monitorlarına qoşulmaq üçün genişləndirilmiş imkanlara sahibdir. Huawei Share paketinin tərkibində “Multiscreen” funksiyası smartfon sahiblərinə ekranı noutbukda əks etdirməyə imkan verir. Qoşulduqdan sonra istifadəçilər faylları sadə yerdəyişmə ilə göndərə, fərdi kompüterdə zəng edə və zəngləri qəbul edə, həmçinin noutbukda üç mobil tətbiqi işə sala və eyni anda bir neçə tapşırığı yerinə yetirə bilər.

HUAWEI MateBook D14 daha ətraflı məlumat üçün: https://consumer.huawei.com/az/laptops/matebook-d-14-2020/

BAKU.WS
VİDEO