SİZİN REKLAM BURADA!
055 213 76 73


Huawei Consumer Business Group (BG) Azərbaycanda yeni nəsil HUAWEI WATCH GT 3 46 mm ağıllı saatının satışına başlayır. Saat interfeysin sürətli cavab reaksiyası və idarə olunma rahatlığını təmin edən HarmonyOS 2.1 əməliyyat sistemi ilə işləyir. HUAWEI WATCH GT 3 100-dən artıq məşq rejimi, uzunmüddətli batareya ömrü, həmçinin HUAWEI TruSleep™ yuxuya nəzarət alqoritmi və nəbzin ölçülmə dəqiqliyini artıran şirkətin HUAWEI TruSeenTM 5.0+ texnologiyası daxil olmaqla, orqanizmin parametrlərinin geniş monitorinq imkanları ilə təmin olunub.

Sadə dizayn

HUAWEI WATCH GT 3 interfeysin intuitiv və rahat şəkildə idarə olunmasını təmin edən, hərəkətləri yüksək dəqiqliklə müəyyən edən toxunuşla əks əlaqə funksiyasına malik fırlanan düymə ilə təchiz olunub. Bu düymə ekranda işarələr arasında sərbəst hərəkətə və izləmə rahatlığı üçün onları yaxınlaşdırıb/uzaqlaşdırmağa imkan verir. Hər zaman aktiv ekran funksiyası (AOD) isə lazım olan məlumatlara sərbəst çıxışı təmin edir.

HUAWEI WATCH GT 3 46 mm  saatının çəkisi 42,6 q, ümumi qalınlığı 11 mm təşkil edir[1]. Qayışlar kauçuk və dana dərisi kimi yüksəkkeyfiyyətli materiallardan hazırlanıb, bu isə saatın rahat taxılmasını təmin edir.

Orqanizm parametrlərinin monitorinqi və peşəkar məşqlər

HUAWEI WATCH GT 3 saatlarında ürək ritminin monitorinq texnologiyasının yeni HUAWEI TruSeenТМ 5.0+ versiyası tətbiq olunub. İşığın daha yaxşı nüfuz etməsi, enerji istehlakının azaldılması və saatın rahatlıqla taxılması üçün burada iki işıq mənbəyi, səkkiz işıq diodu və maili şüşə panelli sensor istifadə olunub. Məkan mövqeləndirmə sistemi iki diapazonda işləyir və beş sistemi dəstəkləyir, bu isə ünvanın dəqiqliklə təyin edilməsini təmin edir.

Yeni PPG 5.0 modulu sayəsində nəbzin ölçülmə dəqiqliyi əvvəlki nəsil saatları ilə müqayisədə əhəmiyyətli dərəcədə təkmilləşdirilib. İndi ürək ritmi hətta intensiv fiziki məşqlər zamanı belə dəqiqliklə izlənilir. HUAWEI WATCH GT 3 ağıllı saatında qanda oksigen səviyyəsinin (SpO2), stress səviyyəsinin ölçülmə və menstrual dövrün izlənilmə dəqiqliyi də artırılıb. HUAWEI TruSleep™ yuxu monitorinqi texnologiyası gecə istirahəti zamanı orqanizmin parametrlərinə əsasən 200-ə qədər tövsiyə hazırlayır.

HUAWEI WATCH GT 3 ağıllı saatı məşqlərə nəzarət edir və onlara dair məlumatları təhlil edir, bu isə hər bir şəxs üçün fərdi yüklənmə səviyyəsini müəyyən etməyə və tənzimləməyə imkan verir. Xüsusi tövsiyələr fiziki imkanların cari səviyyəsini və istifadəçinin qarşısına qoyduğu hədəfləri nəzərə alır. Ağıllı saat idman göstəricilərinin tədricən yaxşılaşdırılması üçün yüklənmə səviyyəsini mərhələli şəkildə artırmaqla məşqlərin intensivliyini tənzimləyir.

HUAWEI WATCH GT 3 18 peşəkar rejim, açıq havada 12 məşq (qaçış, yeriş, alpinizm, yürüş, kross qaçışı, velosiped yürüşü, açıq suda üzgüçülük, triatlon, xizək, qaçış xizəkləri, snoubord, qolf) və qapalı məkanda 6 məşq (idman yerişi, qaçış, velosiped, hovuzda üzmə, elliptik və avarlı trenajor) daxil olmaqla 100-dən artıq idman növü təklif edir.

Fərdi məşq planı

Xüsusi “Qaçış üzrə ağıllı məşqçi” funksiyası həftəlik məşq planı daxil olmaqla, fiziki fəaliyyət üzrə fərdi tövsiyələr verir. Orqanizmin “Ağıllı məşqçi”nin təklif etdiyi məşqlərə reaksiyasını izləyərək, istifadəçi effektivliyin və fiziki yüklənmənin artırılması üçün idman rejimində dəyişiklik edə biləcək. Üstəlik “Qaçış indeksi” (RAI) nəbz tezliyi, sürət və digər göstəricilərin dəqiq təhlili hesabına qaçış məşqlərinin səmərəliliyini artırır.

Əlavə enerji yığmadan iki həftə

Yeni HUAWEI WATCH GT 3 ağıllı saatı yüksək avtonomluğa malikdir: 46 mm siferblat diametri ilə HUAWEI WATCH GT 3 modeli hər həftə 30 dəqiqə səsli zəng və Bluetooth ilə musiqi dinləmə, aktiv ürək ritmi və yuxu monitorinqi, GPS, bildirişlər və həftəlik saat yarımlıq məşqlər daxil olmaqla, əlavə enerji yığmadan 14 günədək işləyir. Bu zaman ekran təxminən 200 dəfə aktivləşdirilə bilər.

Satışa çıxarılma

HUAWEI WATCH GT 3 46 mm  yeni ağıllı saatı Azərbaycanda HUAWEI-in rəsmi tərəfdaşları olan Baku Electronics, Kontakt Home, Optimal və Soliton mağazalarında 2021-ci il 17 dekabr tarixində satışa çıxarılacaq. Ağıllı saatı alanlara HUAWEI FreeBuds 4i simsiz qulaqcıqları hədiyyə olunacaq.

HUAWEI WATCH GT 3 ağıllı saatı haqqında daha ətraflı məlumat əldə etmək üçün https://consumer.huawei.com/az/wearables/watch-gt3/ saytına keçid edin. 

[1] Saatın faktiki çəkisi və ölçüsü konfiqurasiya, istehsal prosesi və ölçmə üsulundan asılı olaraq fərqlənə bilər.

BAKU.WS
VİDEO