"Zəlzələ peyğəmbəri"ndən açıqlama: Bu tarixlərdə 7 və 8 bal gücündə... - FOTO/VİDEO
Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli mütəxəssis Frank Hoogerbeets yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, qarşıdakı günlərdə, yəni martın ilk həftəsi yenidən güclü zəlzələ olacağını deyib:
"Yer planeti Merkuri və Saturunla yaxınlaşacaq. Bu da dünyada böyük zəlzələlərin olacağı deməkdir. Mart ayının ilk həftəsi çox kritik dövrdür. Ayın 2-də 9 saat ərzində Yer kürəsinin də daxil olduğu planetar birləşmə (planetlərin birləşməsi) yaşanacaq".
Frank Hoogerbeets baş verəcək zəlzələnin 7 və 8 baldan çox olacağını deyib:
"Mən insanlarda qorxu yaratmağa çalışmıram. Müşahidələrimdən belə nəticəyə gəlirəm ki, martın 3-ü və 4-ü tarixlərində böyük seysmik hadisə ola bilər. Bu tarix martın 6 və 7-sinə də dəyişə bilər. Heç nəyi şişirtmirəm. Qorxu yaratmıram. Bu bir xəbərdarlıqdır. Baş verəcək fəlakətin miqyasını və nəticəsini nəzərə alaq. Martın ilk həftəsində 7 və 8 baldan artıq yüksək seysmik hadisə gözlənilir".
Xatırladaq ki, Frank buna qədər fevralın 3-dəki paylaşımında bildirmişdi ki, Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 bal gücündə zəlzələ olacaq. Daha sonra isə o, Türkiyədə 5-6 bal gücündə təkanların davam edəcəyini və 10 fevralda seysmik dalğalar gözlədiyini açıqlayıb.
Oxşar xəbərlər
"Zəlzələ peyğəmbəri"ndən yeni açıqlama: Bu tarixdə yenə olacaq - VİDEO
Episentri Kahramanmaraş olan və böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli məşhur mütəxəssi...