Zelenski müharibənin ildönümündə mətbuat konfransı keçirəcək

Zelenski müharibənin ildönümündə mətbuat konfransı keçirəcək
Siyasət 53

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 24-də "Fevral. Yenilməzlik ili" adlı mətbuat konfransı keçirəcək.

BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Tədbirdə bir ildir davam edən müharibənin müzakirə olunacağı gözlənilir.

Konfransın saatı və yeri açıqlanmayıb. Konfransa yalnız akkreditə olunmuş jurnalistlər buraxılacaq.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb.

Son xəbərlər