Zelenski iki generalı rütbəsindən məhrum edib

Zelenski iki generalı rütbəsindən məhrum edib
Siyasət 149

Ukrayna prezidenti Volodimir Zelenski iki generalın rütbələrini əllərindən alıb.

BAKU.WS UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, o bu barədə teleqram kanalında yaydığı video mesajında bildirib.

Ölkə başçısı Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrey Naumov və Ukrayna Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə İdarəsinin keçmiş rəhbəri Serqey Krivoruçkonu general rütbəsindən məhrum edib.

Onun sözlərinə görə, dövləti, onun azadlığını və müstəqilliyini qorumaq üçün Ukrayna xalqına sədaqətlə bağlı verdiyi hərbi andı pozan ən yüksək rütbəli zabitlər Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 48-ci maddəsinə uyğun olaraq hərbi rütbələrindən məhrum ediləcəklər.

Son xəbərlər